Good Finance MMC “Mühasib köməkçisi” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Gündəlik mühasibat əməliyyatlarının uçotunun aparılması;
- Elektron qaimə-faktura, hesab-faktura və müqavilələrin hazırlanması;
- Bank ödənişlərinin və köçürmələrin icrası;
- Debitor və kreditor borcların izlənməsi;
- Digər cari işlərin icrası.
Tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- 1C və MS Excel proqramlarında işləmə bacarığı;
- Detallara diqqət və məsuliyyətlilik;
- Tapşırıqları vaxtında və operativ icra etmək bacarığı;
- Komandada işləmə və öyrənməyə açıq olmaq.
Biz nə təklif edirik:
- Stabil iş qrafiki (həftəiçi 09:00–18:00);
- Real iş mühiti və praktiki təcrübə;
- Mühasibat və vergi sahəsində inkişaf imkanı;
- Peşəkar komandada işləmək fürsəti;
- Əmək haqqı: 600-800 AZN
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə göndərə bilərlər.