Əmək funksiyası
- Avtomobilin elektrik dövrələrini yoxlamaq və hər hansı bir nasazlıq aşkar etmək.
- İşıqlandırma sistemlərini (faralar, siqnal işıqları, arxa işıqlar) təmir etmək və ya dəyişdirmək.
- Elektrik naqillərini yoxlamaq, zədələnmiş naqilləri dəyişdirmək və ya təmir etmək.
- Akkumulyatorların vəziyyətini yoxlamaq (gərginlik, doldurma səviyyəsi, və s.).
- Akkumulyatoru dəyişdirmək və ya təmir etmək.
- Akkumulyatorun şarj olma vəziyyətini yoxlamaq.
- Yeni işıqlandırma sistemlərinin və elektrikli komponentlərin qurulması.
- İşıq sistemlərinin düzgün işləməsini təmin etmək.
- Elektrik naqillərinin düzgün şəkildə qoşulmasını təmin etmək.
- Qısa dövrələrdən və izolyasiya nasazlıqlarından qaçınmaq üçün diqqət yetirmək.
- Dinamo/starter sökülüb yığılması və nasazlıqların aradan qaldırılması (düzgün diaqnozun qoyulması)
- Elektrik xətlərində qısa qapanma və naqillərin elektrik kəsilməsini aşkarlamaq və aradan qaldırmaq.
- Nəqliyyat vasitlərində, avtokarlarda və traktorlarda akkumlyatorların klemalarının yoxlanması.
- Yaxın ərazilərdə elektrik işlərinin görülməsi (ehtiyac olduqda müəssisədən kənarda)
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
- Müəssisənin SƏTƏM qaydalarına əməl etmək.
- Digər əməkdaşlarla komanda şəklində işləmək.
Tələblər:
- Nəqliyyat vasitələrinin, avtokarların və traktorların elektrik sistemlərindən anlayışı olsun;
- Qeyd olunan sahə üzrə minimum 2 ildən az olmayaraq iş stajı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq, sürətli qərar qəbuletmə bacarığına sahib olmaq;
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-şənbə günləri, saat 09:00 - 17:00 (şənbə 09:00 – 15:00)
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
- İş yeri Göygöl şəhərindədir
Mövzü yerinə “Elektrik” yazıb
[email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur