Göygöl Spirt MMC Göygöl Spirt MMC
  • 295

Göygöl Spirt MMC

Digər

Elektrik montyoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik montyoru

  • Deadline 19 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Göygöl şəhərindədir

Əmək funksiyası:

Elektrik montyorunun vəzifə öhdəliklərinə müxtəlif elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki xidməti daxildir. O elektrik sistemlərinin etibarlılığını və təhlükəsizliyini təmin etmək üçün diaqnostika aparmağı, nasazlıqları müəyyən edib aradan qaldırmağı, planlı profilaktik təmiri həyata keçirməyi bacarmalıdır. Həmçinin TTQ və TİQ bilməli və  elektrik təhlükəsizliyindən qruppası olmalıdır.

Elektrik montyorunun əsas iş funsionallıqları:

Quraşdırma və Montaj;

  • Elektrik montyoru elektrik naqillərini, işıqlandırma qurğularını, rozetkaları, açarları, elektrik panellərini, mühərrikləri və digər elektrik avadanlıqlarını texniki çertyojlara və sxemlərə uyğun olaraq quraşdırır və birləşdirir.

Diaqnostika və problemlərin aradan qaldırılması;

  • Ölçmə alətlərindən istifadə edərək elektrik montyoru avadanlıqların və naqillərin işində problemləri müəyyən edir və  tez bir zamanda operativ həll edir.

Texniki qulluq;

  • Onlar elektrik sistemlərinin təhlükəsiz və etibarlı işləməsini təmin etmək üçün müntəzəm yoxlamalar, sınaqlar və profilaktik təmir işləri aparırlar.
  • Paylayıcı quruluşlarda avadanlığa operativ texniki xidmət edir, kommutasiya əməliyyatlarını yerinə yetirir, təhlükəsizliyinə nəzarət edir.

Təmir və dəyişdirmə;

  •  Elektrik montyoru naqillər, transformatorlar, mühərriklər, elektrik açarları və digər avadanlıqların nasaz komponentləri təmir edir və ya dəyişdirir.

Sənədlərlə işləmək;

  •  Əməliyyat və texniki sənədləri aparır, tamamlanmış və yarımçıq işləri, cihazların göstəricilərini və digər məlumatları qeyd edir.

Təmirə hazırlıq;

  •  İş sahələrini hazırlayır və digər mütəxəssislərin təmir və ya tənzimləmələri yerinə yetirməsi üçün təhlükəsiz girişi təmin edir.

Bacarıqları;

  • Elektrik sistemlərini barədə texniki düşüncəsi və başa düşmə bacarığı
  • Təhlükəsizlik qaydalarını bilmək.
  • Əl və elektrik alətlərindən istifadə bacarıqları.
  • Məsuliyyət və diqqətlilik.

Tələblər:

  • Tələb olunan vəzifə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
  • Təhsil sənədi və ya aidiyyatı sahə üzrə sertifikat;
  • Hərbi mükəlləfiyyətli;
  • Azərbaycan dilində səlist danışmaq, rus dilində texniki sənədləri anlamaq;
  • Güclü ünsiyyət bacarığı;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: Bazar ertəsi-cümə günləri, saat 08:00 - 16:00
  • Şənbə günləri, saat 08:00 – 14:00
  • Nahar fasiləsi 12:30 – 13:30, İşçilər naharla təmin olunur
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Elektrik montyoru” yazıb [email protected]  və  [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

  • Daily100
  • Weekly469
  • Monthly1037