G Göygöl Spirt MMC
  • 710

Göygöl Spirt MMC

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 10 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: GÖYGÖL

Əmək funksiyası:

Maliyyə uçotu və sənədləşmə:

  • Zavodun bütün maliyyə əməliyyatlarını qeydiyyata almaq və sistemli şəkildə uçotunu aparmaq;
  • Gəlir və xərcləri izləmək, balans hesabatlarını hazırlamaq;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını tərtib etmək;
  • Aktivlər və passivlərin uçotunu aparmaq.

Vergi uçotu və hesabatların hazırlanması:

  • ƏDV (Əlavə Dəyər Vergisi), aksiz vergisi və digər vergi öhdəliklərini düzgün hesablamaq;
  • Vergi bəyannamələrini (xüsusilə aksiz və ƏDV üzrə) vaxtında hazırlayıb təqdim etmək;
  • Vergi yoxlamaları zamanı tələb olunan sənədləri təqdim etmək və uyğunluğu təmin etmək.

Aksizli məhsulların uçotu:

  • Spirtin istehsalı və satışı üzrə aksiz vergisinin düzgün hesablanması və ödənilməsi;
  • Aksiz markalarının uçotunun aparılması (əgər tətbiq olunursa);
  • Dövlət orqanlarına (Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi,Dövlət Statistika Komitəsi və s.) təqdim olunan xüsusi hesabat formalarının hazırlanması.

İstehsalat uçotu:

  • Xammal (məsələn, Buğda, Kimyəvi fermentlər,su və s.) və hazır məhsul (etil spirt və s.) üzrə daxilolmalar və istehsalatdan çıxışların uçotu;
  • İstehsal maya dəyərinin hesablanması;
  • İstehsalat prosesinə sərf olunan resursların dəqiq uçotu.

Kadrlar və əmək haqqı:

  • İşçilərin əməkhaqqı, məzuniyyət, müavinətlər və digər ödənişlərin düzgün hesablanması və ödənilməsi;
  • Əmək müqavilələrinin uçotu və əmək qanunvericiliyinə uyğunluq.

Audit və nəzarət:

  • Daxili və xarici auditlər üçün zəruri sənədlərin hazırlanması;
  • Maliyyə intizamının qorunmasına nəzarət;
  • Risklərin azaldılması üçün təhlillərin aparılması.

Proqram təminatı və elektron sistemlər:

  • 1C və digər mühasibat proqramlarında işləmək bacarığı;
  • Excel faylında işləmək bacarığı
  • E-gov.az, e-taxes.gov.az, stat.gov.az və digər dövlət portallarında hesabatların təqdim olunması.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office və 1C proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər;
  • Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi üzrə biliklər;
  • Elektron Hökümət Portalı üzrə biliklər;

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 08:00 - 17:00/ Şənbə günləri saat 08:00 - 14:00
  • Nahar fasiləsi 12:30 – 13:30, İşçilər naharla təmin olunur
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

CV-lərinizi mövzü yerinə “Mühasib” yazıb [email protected]  [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

  • Daily14
  • Weekly706
  • Monthly1343