Göygöl Spirt MMC Göygöl Spirt MMC
  • 262

Göygöl Spirt MMC

Digər

NÖC Avtomatika üzrə çilingər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

NÖC Avtomatika üzrə çilingər

  • Deadline 19 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Göygöl şəhərindədir

Əmək funksiyası:

Nəzarət Ölçmə Cihazları və Avtomatlaşdırma üzrə elektrik çilingərinin vəzifə öhdəliklərinə nəzarət-ölçmə vasitələrinin və avtomatik idarəetmə sistemlərinin quraşdırılması, sazlanması, təmiri və texniki xidməti daxildir. O nasazlıqları müəyyənləşdirir, avadanlığı sazlayır və kalibrləyir, funksionallığını yoxlayır və göstəricilərin düzgünlüyünü təmin edir. Onun vəzifələrinə həmçinin elektrik sxemləri oxumaq və avtomatlaşdırma sistemlərindəki nasazlıqların aradan qaldırılması daxildir. Həmçinin TTQ və TİQ bilməli və  elektrik təhlükəsizliyindən qruppası olmalıdır.

NÖCvəAvtomatika üzrə elektrik çilingərinin əsas iş funksiyaları:

Quraşdırma və montaj: 

  • Yeni cihazların, sensorların quraşdırılması və yığılması, həmçinin mürəkkəb birləçdirici sxemlərinin quraşdırılması.

Təmir və texniki xidmət: 

  • Elektron, elektromaqnit, optik-mexaniki və istilik ölçmə də daxil olmaqla müxtəlif cihazların diaqnostikası və nasazlıqların aradan qaldırılması, əsaslı və cari təmiri.

Quraşdırma və tənzimləmə: 

  • Cihazların, sensorların quraşdırılması, tənzimlənməsi və kalibrlənməsi, eləcə də müxtəlif qurğu və sistemlərin tənzimlənməsi və sınaqdan keçirilməsi.

Diaqnostika: 

  • Cihazların və avtomatlaşdırma sistemlərinin işində yaranan nasazlıqların və qüsurların səbəblərinin müəyyən edilməsi.

İstismar: 

  • Ölçmə cihazlarının və avtomatlaşdırma avadanlığının işinə nəzarət, cihazların göstəricilərinin yoxlanılması, göstəricilərin digər ölçü hədlərinə çevrilməsi.

Sənədlərin oxunması: 

  • Elektrik sxemlərinin, texniki sənədlərin və birləşdiri sxemlərin oxunması və şərh edilməsi.

Ölçmə avadanlığı ilə işləmək: 

  • İşin yerinə yetirilməsi üçün nəzarət-ölçü cihazlarının istifadəsi və texniki xidməti.

Bacarıqları;

  • Cihazlar və İstehsalatın avtomatlaşdirması barədə texniki düşüncəsi və başa düşmə bacarığı
  • Təhlükəsizlik qaydalarını bilmək.
  • Əl və elektrik alətlərindən istifadə bacarıqları.
  • Məsuliyyət və diqqətlilik.

Tələblər:

  • Tələb olunan vəzifə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
  • Təhsil sənədi və ya aidiyyatı sahə üzrə sertifikat;
  • Hərbi mükəlləfiyyətli;
  • Azərbaycan dilində səlist danışmaq, rus dilində texniki sənədləri anlamaq;
  • Güclü ünsiyyət bacarığı;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: Bazar ertəsi-cümə günləri, saat 08:00 - 16:00
  • Şənbə günləri, saat 08:00 – 14:00
  • Nahar fasiləsi 12:30 – 13:30, İşçilər naharla təmin olunur
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “NÖC Avtomatika üzrə çilingər” yazıb [email protected]  və  [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

  • Daily76
  • Weekly445
  • Monthly1013