GPS xidmətlərinin Azərbaycanda aparıcı inteqratoru GPS Solutions MMC “Montajçı-elektrik” (Nəqliyyat vasitələrində GPS izləmə cihazlarının quraşdırılması) vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinə GPS izləmə cihazlarının quraşdırılması
- Naqillərin çəkilməsi və qoşulması, kabellərin montajı
- Avadanlığın diaqnostikası və parametrlərinin tənzimlənməsi
- Quraşdırılmış cihazların işlək vəziyyətinin yoxlanılması
- Quraşdırma işlərinin keyfiyyətinin və etibarlılığının təmin edilməsi
- Yerinə yetirilən işlərlə bağlı hesabatların hazırlanması
Namizədə tələblər:
- Montajçı-elektrik və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi
- Naqillərlə işləmə bacarığı və elektrik təcrübəsi
- İzləmə cihazlarının quraşdırılması üzrə təcrübə
- Məsuliyyətli və detallara diqqətlə yanaşan
- Alət və avadanlıqla işləmək bacarığı
- Ehtiyac olduqda ezamiyyətlərə getməyə hazır olmalı
İş barədə məlumat:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul
- Rəqabətədavamlı əmək haqqı
- Təlim və peşəkar inkişaf imkanları
- Dostluq mühiti və rahat iş şəraiti
- Karyera yüksəlişi üçün imkanlar
- Tam iş günü: I-V – 09.00-18.00, VI – 10.00-16.00
- İş yeri: Bakı şəhəri
Marağı olan namizədlər CV-lərini 30.12.2024-cü il tarixinədək elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Montajçı-elektrik” qeyd olunması xahiş olunur.
Biz, müxtəliflik və bərabər fürsətlərə malik bir iş yeriyik. Müraciət edən bütün namizədlər bərabər şərtlərdə nəzərdən keçiriləcəkdir.