Grand - Agro İnvitro Grand - Agro İnvitro
  • 141

Planlama üzrə Baş Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama üzrə Baş Mütəxəssis

  • Deadline 10 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin məqsədi

  • Şirkətin laboratoriya (In Vitro), akklimatizasiya, istixana, ting istehsalı, əkin, məhsul istehsalı, satış və təchizat proseslərinin səmərəli idarə olunması məqsədilə istehsal planlarının hazırlanması, resursların planlaşdırılması, sifarişlərin icrasına nəzarət və struktur bölmələri arasında koordinasiyanın təmin edilməsidir.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin illik, rüblük, aylıq və həftəlik istehsal planlarını hazırlamaq.
  • In Vitro laboratoriyasında istehsal olunacaq bitki növləri üzrə çoxaltma planlarını hazırlamaq.
  • Akklimatizasiya və istixanalarda tinglərin köçürülmə qrafikini hazırlamaq.
  • Ting istehsalı üzrə aylıq və mövsümi hədəfləri müəyyən etmək.
  • Müştəri sifarişlərini istehsal imkanları ilə uyğunlaşdırmaq.
  • Satış şöbəsindən daxil olan sifarişlər əsasında istehsal planlarını yeniləmək.
  • İstehsal gücü, işçi qüvvəsi və avadanlıqların yüklənmə səviyyəsini analiz etmək.
  • İstehsalın hər mərhələsinin plan üzrə icrasına nəzarət etmək.
  • Bitki növləri üzrə istehsal həcmlərini, itkiləri və məhsuldarlıq göstəricilərini təhlil etmək.
  • Rəhbərlik üçün həftəlik və aylıq plan-fakt hesabatları hazırlamaq.
  • Excel və digər informasiya sistemlərində planlama məlumatlarının düzgünlüyünü təmin etmək.
  • Daxili prosedurlara, keyfiyyət standartlarına və əməyin mühafizəsi qaydalarına riayət etmək.
  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.

Bilməlidir

  • Kənd təsərrüfatı istehsalının planlaşdırılması prinsiplərini;
  • Ting istehsalı və istixana proseslərini;
  • In Vitro laboratoriyasının iş prinsiplərini;
  • Təchizat zəncirinin idarə edilməsini;
  • Ehtiyatların idarə olunması metodlarını;
  • MS Excel proqramını yüksək səviyyədə;
  • ERP və ya digər planlaşdırma proqramlarını;
  • Hesabatların hazırlanması və məlumatların analizi üsullarını.

Tələb olunan təhsil

  • Ali təhsil (Aqronomluq, Aqrar mühəndislik, Menecment, Logistika, Sənaye mühəndisliyi, İqtisadiyyat və ya digər uyğun ixtisas).

İş təcrübəsi

  • Planlama, kənd təsərrüfatı, istehsalat, logistika və ya təchizat sahəsində minimum 3 il iş təcrübəsi.

Tələb olunan bacarıqlar

  • Analitik düşünmə;
  • Planlaşdırma və təşkilatçılıq;
  • Yüksək səviyyədə Excel biliyi;
  • Məlumatların təhlili;
  • Komanda ilə effektiv əməkdaşlıq;
  • Operativ qərarvermə;
  • Vaxtın idarə olunması;
  • Problem həll etmə bacarığı.

Təklif edirik:

  • Peşəkar inkişaf və təlim imkanı
  • Rəqabətli əmək haqqı
  • Karyera yüksəlişi

CV-nizi “Planlama üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Daily110
  • Weekly633
  • Monthly1033