Təsvir
- Cəmiyyətin inteqrasiya edilmiş Menecment sisteminin (QMS, FSMS, EMS, OHSMS) tələblərinin tətbiqi
- İMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək
- İMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək
- İMS tələblərinə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək
- Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək
- Təchizatçıların keyffiyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək
Tələblər
Məsuliyyətlər:
- Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
- Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək;
- Fəaliyyəti ilə bağlı təyin olunmuş hədəflərə nail olmaq;
- Şirkətdə qüvvədə olan daxili normativ sənədlərin tələblərinə və fəaliyyəti ilə əlaqədar müvafiq qanunvericilik aktlarının tələblərinə riayət etmək;
- SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) ilə bağlı daxili sənədlər və müvafiq qanunvericilik tələblərinə riayət etmək.
Sertifikatlar:
- Sahə ilə əlaqədar aşağıdakı sertifikatların olması üstünlük hesab ediləcək:
- ISO 9001:2015 – Quality Management Systems Auditor
- Dil bilikləri: Azərbaycan (İngilis dili, Rus dili – arzuolunandır);
- Kompüter bilikləri: MS Office (Word, Excel, Power point), MS Visio;
Texniki biliklər:
- “ISO 9001:2015 Quality management systems — Requirements” standartı üzrə biliklər;
- ISO 22000:2018, ISO 14001:2015, ISO 45001:2018, Global Gap, Organic və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq;
- Proses xəritələri və blok sxemlərin tərtib olunması. Biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.