Grand Agro MMC Grand Agro MMC

Keyfiyyət təminatı üzrə mütəxəssis

  • Deadline 4 April 2026

Təsvir

  • Cəmiyyətin inteqrasiya edilmiş Menecment sisteminin (QMS, FSMS, EMS, OHSMS) tələblərinin tətbiqi
  • İMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək
  • İMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək
  • İMS tələblərinə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək
  • Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək
  • Təchizatçıların keyffiyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək

Tələblər

Məsuliyyətlər:

  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək;
  • Fəaliyyəti ilə bağlı təyin olunmuş hədəflərə nail olmaq;
  • Şirkətdə qüvvədə olan daxili normativ sənədlərin tələblərinə və fəaliyyəti ilə əlaqədar müvafiq qanunvericilik aktlarının tələblərinə riayət etmək;
  • SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) ilə bağlı daxili sənədlər və müvafiq qanunvericilik tələblərinə riayət etmək.

Sertifikatlar:

  • Sahə ilə əlaqədar aşağıdakı sertifikatların olması üstünlük hesab ediləcək:
  • ISO 9001:2015 – Quality Management Systems Auditor
  • Dil bilikləri: Azərbaycan (İngilis dili, Rus dili – arzuolunandır);
  • Kompüter bilikləri: MS Office (Word, Excel, Power point), MS Visio;

Texniki biliklər:

  • “ISO 9001:2015 Quality management systems — Requirements” standartı üzrə biliklər;
  • ISO 22000:2018, ISO 14001:2015, ISO 45001:2018, Global Gap, Organic və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq;
  • Proses xəritələri və blok sxemlərin tərtib olunması. Biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0).

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily101
  • Weekly343
  • Monthly346