Təsvir
- Badam nümunələrinin müəyyən edilmiş qaydalara uyğun götürülməsi;
- Qəbul edilən badam üzrə müvafiq analizlərin aparılması;
- İstehsal prosesinə keyfiyyət göstəriciləri üzrə nəzarətin həyata keçirilməsi;
- Analiz nəticələrinin müvafiq standart və tələblərə uyğunluğunun yoxlanılması;
- Keyfiyyət göstəricilərinin qeydiyyatının aparılması;
- Rutin hesabatların hazırlanması;
- Aşkar edilmiş uyğunsuzluqlar barədə hesabatların hazırlanması və rəhbərin məlumatlandırılması.
Tələblər
- Ali təhsil – Qida mühəndisliyi, Kimya, Biologiya, Standartlaşdırma və sertifikatlaşdırma və ya uyğun ixtisaslar;
- Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində minimum 1 il iş təcrübəsi ;
- Qida məhsullarının keyfiyyət göstəriciləri və analizləri barədə ilkin biliklər;
- Nümunəgötürmə və analiz prosesləri üzrə anlayış;
- ISO 9001, ISO 22000, HACCP və qida təhlükəsizliyi standartları üzrə biliklərin olması üstünlükdür;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Peşəkar inkişaf imkanları və təlimlər (yerli və xarici)
- Servislə təmin olunur
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.