Anbarda Növbə Rəisi

  • Deadline 30 Noyabr 2026

Grand Catering QSC vakansiya elan edir - Növbə rəisi axtarışındayıq.

Anbar və logistika sahəsində inkişaf etmək, məhsulların düzgün qəbulu, saxlanması və uçotu proseslərində iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Anbarda növbə rəisi yük daşınmaları, yükün anbara qəbulu və buraxılması prosesində iştirak edir.
  • Anbarda növbə rəisi tabeliyində olan işçilərinə rəhbərlik edir, onların fəaliyyətlərini istiqamətləndirir və əlaqələndirir.
  • Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirir.
  • Anbara daxil olan və anbardan çıxarılan məhsullar barədə məlumatları müvafiq sistemə daxil etmək.
  • Malların keyfiyyəti (keyfiyyətsizliyi) barədə rəhbərliyə məlumat verir.
  • Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət edir.
  • İş yerində etik davranışı və əmək intizamını qoruyaraq digər əməkdaşlara nümunə olur.
  • Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət edir.
  • İnventarlaşdırmanın aparılmasında iştirak edir.
  • Anbar əməliyyatları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək.
  • İş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil edir.
  • İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək istehsalat intizamını pozanlar barəsində tədbir görülməsi haqqında təkliflər verir.
  • Müqavilədə müəyyən olunmuş vaxtda malgöndərənlər tərəfindən malların göndərilməsinə və saxlama müddətinə nəzarət edir.
  • Alınan malların keyfiyyətinə nəzarət edir.

Tələblər:

  • Ali təhsil
  • Anbar sahəsində minimum 2 il iş təcrübəsi
  • Azərbaycan dili – əla
  • MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı
  • Diqqətlilik və detallara yönümlülük
  • Məsuliyyətli və operativ yanaşma
  • Təşkilatçılıq və idarəetmə bacarığı

Sizə nə təklif edirik?

  • Şirkət tərəfindən təmin olunan nahar
  • Korporativ mobil nömrə və danışıq paketi
  • Peşəkar inkişaf və karyera imkanları
  • Dinamik və inkişafyönümlü iş mühiti

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu

Əməkhaqqı: 1100 AZN - NET

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily5
  • Weekly538
  • Monthly2507