Operator

  • Deadline 21 November 2026

📢 Grand Catering QSC vakansiya elan edir | Operator axtarışındayıq.

Anbar və logistika sahəsində inkişaf etmək, məhsulların düzgün qəbulu, saxlanması və uçotu proseslərində iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

🔹 Anbara daxil olan mal-materialların qəbulunu və sənədlər üzrə yoxlanılmasını həyata keçirmək.

🔹 Mal-materialların miqdarını, çeşidini və nomenklaturasını yoxlamaq.

🔹 Qəbul, təhvil-təslim, məxaric və digər anbar sənədlərinin düzgün rəsmiləşdirilməsini təmin etmək.

🔹 Anbara daxil olan və anbardan çıxarılan məhsullar barədə məlumatları müvafiq sistemə daxil etmək.

🔹 Anbar qalığının gündəlik uçotunu aparmaq və məlumatların sistemdə düzgün əks olunmasını təmin etmək.

🔹 Mal-materialların müəyyən edilmiş qaydalara uyğun yerləşdirilməsini və saxlanılmasını təşkil etmək.

🔹 Məhsulların çeşidlənməsi, markalanması və düzgün ünvanlaşdırılmasına nəzarət etmək.

🔹 Anbardan mal-materialların buraxılışını təsdiqedici sənədlər əsasında həyata keçirmək.

🔹 Sifarişlərə uyğun olaraq məhsulların yığılması və aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmək.

🔹 Anbar üzrə inventarizasiya proseslərində iştirak etmək və faktiki qalıqların uçot məlumatları ilə üzləşdirilməsini aparmaq.

🔹 Çatışmazlıq, artıqgəlmə, uyğunsuzluq və zədələnmə halları barədə rəhbərliyə məlumat vermək.

🔹 Mal-materialların saxlanma müddətlərinə və saxlanma şəraitinə nəzarət etmək.

🔹 Anbarın səliqəli, təhlükəsiz və iş üçün yararlı vəziyyətdə saxlanılmasını təmin etmək.

🔹 Anbar əməliyyatları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək.

🔹 Anbar üzrə sənədlərin və elektron məlumatların düzgün və vaxtında arxivləşdirilməsini təmin etmək.

🔹 Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət etmək.

🔹 Rəhbərliyin səlahiyyətləri çərçivəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.

 Tələblər:

🔹 Ali təhsil

🔹 Anbar operatoru olaraq minimum 1 il iş təcrübəsi

🔹 Azərbaycan dili – əla

🔹 MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı

🔹 Diqqətlilik və detallara yönümlülük

🔹 Məsuliyyətli və operativ yanaşma

Sizə nə təklif edirik?

✔️ Şirkət tərəfindən təmin olunan nahar

✔️ Korporativ mobil nömrə və danışıq paketi

✔️ Peşəkar inkişaf və karyera imkanları

✔️ Dinamik və inkişafyönümlü iş mühiti

✔️ Ünvan: Bakı şəhəri, Nobel prospekti

 

✔️ Əmək haqqı : 800 AZN - NET

📩 Maraqlanan namizədlər CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.

  • Daily55
  • Weekly387
  • Monthly1806