Grand Catering QSC vakansiya elan edir - Operator axtarışındayıq.
Anbar və logistika sahəsində inkişaf etmək, məhsulların düzgün qəbulu, saxlanması və uçotu proseslərində iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan mal-materialların qəbulunu və sənədlər üzrə yoxlanılmasını həyata keçirmək.
- Mal-materialların miqdarını, çeşidini və nomenklaturasını yoxlamaq.
- Qəbul, təhvil-təslim, məxaric və digər anbar sənədlərinin düzgün rəsmiləşdirilməsini təmin etmək.
- Anbara daxil olan və anbardan çıxarılan məhsullar barədə məlumatları müvafiq sistemə daxil etmək.
- Anbar qalığının gündəlik uçotunu aparmaq və məlumatların sistemdə düzgün əks olunmasını təmin etmək.
- Mal-materialların müəyyən edilmiş qaydalara uyğun yerləşdirilməsini və saxlanılmasını təşkil etmək.
- Məhsulların çeşidlənməsi, markalanması və düzgün ünvanlaşdırılmasına nəzarət etmək.
- Anbardan mal-materialların buraxılışını təsdiqedici sənədlər əsasında həyata keçirmək.
- Sifarişlərə uyğun olaraq məhsulların yığılması və aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmək.
- Anbar üzrə inventarizasiya proseslərində iştirak etmək və faktiki qalıqların uçot məlumatları ilə üzləşdirilməsini aparmaq.
- Çatışmazlıq, artıqgəlmə, uyğunsuzluq və zədələnmə halları barədə rəhbərliyə məlumat vermək.
- Mal-materialların saxlanma müddətlərinə və saxlanma şəraitinə nəzarət etmək.
- Anbarın səliqəli, təhlükəsiz və iş üçün yararlı vəziyyətdə saxlanılmasını təmin etmək.
- Anbar əməliyyatları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək.
- Anbar üzrə sənədlərin və elektron məlumatların düzgün və vaxtında arxivləşdirilməsini təmin etmək.
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət etmək.
- Rəhbərliyin səlahiyyətləri çərçivəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil
- Anbar operatoru olaraq minimum 1 il iş təcrübəsi
- Azərbaycan dili – əla
- MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı
- Diqqətlilik və detallara yönümlülük
- Məsuliyyətli və operativ yanaşma
Sizə nə təklif edirik?
- Şirkət tərəfindən təmin olunan nahar
- Korporativ mobil nömrə və danışıq paketi
- Peşəkar inkişaf və karyera imkanları
- Dinamik və inkişafyönümlü iş mühiti
Ünvan: Bakı şəhəri, Nobel prospekti
Əmək haqqı: 800 AZN - NET
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.