Grand Catering QSC vakansiya elan edir | Qida Təhlükəsizliyi üzrə Mütəxəssis axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- Xammalın, yarımfabrikatların və hazır qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcudluğunu və uyğunluğunu yoxlamaq;
- Qida məhsullarının qəbulu, satın alınması, istehsalı, saxlanılması və daşınması proseslərinin qüvvədə olan qanunvericiliyin və sanitariya-gigiyena tələblərininə uyğunluğuna nəzarət etmək;
- Qida məhsullarının keyfiyyət göstəricilərini, yararlılıq müddətini, saxlanma şəraitini, temperatur və rütubət rejimini yoxlamaq;
- İstehsal və xidmət proseslərində əməkdaşların şəxsi gigiyena qaydalarına riayət etmələrinə, eləcə də iaşə və istehsalat sahələrinin, avadanlıqların və inventarların təmizlənməsi və dezinfeksiyasının müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsinə nəzarət etmək;
- İaşə və istehsalat bölmələrində gündəlik, həftəlik və aylıq sanitariya-gigiyena yoxlamalarını aparmaq, nəticələri sənədləşdirmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını izləmək;
- Qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların müəyyən edilməsinə, istifadəsinin qarşısının alınmasına və silinməsi prosesinin müvafiq qaydada sənədləşdirilməsinə nəzarət etmək;
- Qida təhlükəsizliyi və istehsal proseslərinə nəzarətlə bağlı hesabatları, jurnalları, aktları və digər müvafiq sənədləri hazırlamaq və aparmaq;
- Aşkar edilmiş uyğunsuzluqlar üzrə aktlar tərtib etmək, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
- Qida məhsulları ilə işləyən əməkdaşların vaxtında tibbi müayinədən keçmələrinə və müvafiq tibbi sənədlərin mövcudluğuna nəzarət etmək;
- Qida təhlükəsizliyi ilə bağlı riskləri müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması üzrə təkliflər vermək;
- Qida təhlükəsizliyi üzrə daxili prosedurların və təlimatların tətbiqinə dəstək göstərmək;
- Rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərinə aid edilmiş digər tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
- Qida texnologiyası, qida təhlükəsizliyi, qida mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Qida təhlükəsizliyi, sanitariya-gigiyena normaları, qida məhsullarının saxlanılması və istehsalı üzrə biliklər;
- HACCP prinsipləri və qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə biliklər;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili – əla, ingilis və rus dilləri – arzuolunandır;
- MS Office proqramları üzrə biliklər, 1C bilikləri – üstünlükdür;
- Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik və sənədləşmə bacarığı.
Sizə nə təklif edirik?
- Şirkət tərəfindən təmin olunan nahar
- Korporativ mobil nömrə və danışıq paketi
- Peşəkar inkişaf və karyera imkanları
- Dinamik və inkişafyönümlü iş mühiti
Ünvan: Bakı şəhəri, Sarabski Plaza
Əmək haqqı: 1000-1300 AZN - NET
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.