Grand Logistics Center Grand Logistics Center
  • 148

SƏTƏM üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM üzrə mütəxəssis

  • Deadline 9 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq;
  • İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək;
  • Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
  • Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;
  • Strateji və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək;
  • Ziyarətçilər və qonaqlar üçün nəzərdə tutulmuş giriş təlimatı, işə götürülənlərlə isə ümumi təlimatları aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
  • Xadimə, fəhlə, mühəndis, sürücü və digər texniki personalın əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması və attestasiya komissiyasının işində iştirak etmək;
  • Xidmətlərə təhlükəsizlik texnikası üzrə təlimatların işlənib hazırlanmasında metodiki köməklik etmək;
  • İş zamanı baş vermiş qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub, təklif və şikayətlərinə baxmaq və səlahiyyətləri daxilində lazımi ölçülər götürmək;
  • Fəaliyyəti ilə əlaqədar mövcud forma və qaydalara uyğun olaraq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;

Vakansiya üzrə tələblər

  • Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);
  • SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
  • SƏTƏM hesabatlarının hazırlanması və sənədləşdirmə üzrə bilik və bacarıqlar;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
  • IOSH, NEBOSH və digər beynəlxalq SƏTƏM sertifikatlarının olması üstünlük hesab olunur;
  • MS Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

Maraqlanan şəxslərin öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “SƏTƏM üzrə Mütəxəssis” yazmaqla göndərmələri xahiş olunur.

  • Daily63
  • Weekly323
  • Monthly804