Grand Medicine vitamin, qida əlavələri və digər OTC məhsullarının satışı sahəsində fəaliyyət göstərən inkişaf etməkdə olan şirkətdir. Hazırda komandamıza daxil olan müraciətlər əsasında telefon vasitəsilə satış həyata keçirəcək Telemarketinq və Satış Mütəxəssisləri axtarırıq.
Bu vəzifə klassik çağrı mərkəzi operatoru və ya sadəcə sifariş qəbul edən əməkdaş vəzifəsi deyil. Əsas məqsəd daxil olan müraciətləri telefon əlaqəsi vasitəsilə satışa çevirməkdir.
Vəzifə öhdəlikləri
- WhatsApp, Instagram və digər kanallar üzərindən daxil olan müraciətlərlə işləmək
- Potensial müştərilərlə telefon əlaqəsi qurmaq
- Grand Medicine məhsulları haqqında məlumat vermək
- Müştərinin ehtiyacına uyğun məhsul təklif etmək
- Müraciətləri satışa çevirmək
- Satış nəticələrinin qeydiyyatını aparmaq
Tələblər
- Yaş: 19+
- Azərbaycan dilində səlis danışıq
- Ünsiyyət bacarıqlarının yüksək olması
- Satış yönümlü düşüncə tərzi
- Məsuliyyətli və nəticəyönümlü olmaq
- Telefon üzərindən satış, telemarketinq və ya aktiv satış təcrübəsi üstünlükdür
Biz təklif edirik
- Başlanğıc əmək haqqı: 500 AZN + bonus
- Yanvar ayından etibarən uğurlu əməkdaşlar üçün əmək haqqı: 700 AZN + bonus
- Karyera inkişafı imkanı
- Rahat və dəstəkləyici iş mühiti
İş qrafiki
- Bazar ertəsi – Cümə: 10:00 – 19:00
- Şənbə: 10:00 – 14:00
İş yeri: Bakı şəhəri, Çınar Plaza
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
CV göndərərkən e-mailin mövzu hissəsində "Telemarketinq" qeyd olunması xahiş olun