Grand Medicine MMC vitamin, dəstək məhsulları və OTC məhsullarının satışı sahəsində fəaliyyət göstərən inkişaf etməkdə olan şirkətdir.
Komandamıza Bakı və Sumqayıt üzrə apteklərlə işləyəcək, satış və müştəri münasibətlərini idarə edə biləcək Tibbi Nümayəndə axtarırıq.
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş bölgədə apteklərin ziyarət edilməsi
- Məhsulların apteklərə təqdimatı və satışı
- Yeni müştərilərin şirkət bazasına qazandırılması
- Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi
- Satış və tahsilat prosesinin izlənilməsi
- Günlük və həftəlik hesabatların təqdim edilməsi
- Məhsulların apteklərdə görünürlüğünün artırılması
Tələblər:
- Satış sahəsində təcrübə üstünlükdür
- OTC, vitamin və ya aptek sektorunda təcrübə arzuolunandır
- Aktiv, məsuliyyətli və ünsiyyət bacarığı yüksək olmaq
- Nəticəyönümlü və inkişaf etməyə açıq olmaq
- Komandada işləmə bacarığı
- Bakı ərazisini tanımaq üstünlükdür
Şirkət tərəfindən təklif olunur:
- Fix əmək haqqı: 700 AZN
- Satış nəticələrinə əsasən yüksək və limitsiz bonus sistemi
- Satış nəticələrinə əsasən limitsiz bonus sistemi
- Yol və nəqliyyat xərclərinin qarşılanması
- Korporativ iş mühiti
- Karyera inkişaf imkanı
- Təlim və adaptasiya dəstəyi
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00
- Şənbə günü: 09:00 – 13:00 (qısa iş günü)
- İş yeri: Chinar Plaza, Baku, Heydar Aliyev Avenue, 152
Əlaqə: +994 51 230 90 09
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.