Namizədə olan tələblər:
- B2B/korporativ satış sahəsində rəhbər kimi minimum 3 il iş təcrübəsi;
- Korporativ müştərilərlə işləmək, yeni müştəri bazası yaratmaq, danışıqlar aparmaq bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Kommersiya təklifləri hazırlamaq bacarığı;
- Nəticəyönümlü və təşəbbüskar olmaq;
- Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
- MS Office və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılması;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsinə nəzarət edilməsi;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirilməsi;
- Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Şirkətin satış həcminin artırılmasına dəstək olunması;
- Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət edilməsi;
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı həyata keçirilməsi;
- Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi;
- Şöbənin əməkdaşlarının işinin təşkili və idarə edilməsi;
- Əməkdaşlarının məlumatları sistemdə tam və düzgün qeyd etməsinə nəzarət edilməsi;
- Müştəri şikayətlərinin vaxtında həll olunması.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);
- Servis və nahar mövcuddur;
- Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış Müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2614&source=UC_HBS8ZI linkə keçid edərək müraciət etmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.