Namizədə olan tələblər:
- Ali təhsil;
- Korporativ satış sahəsində 2 illik iş təcrübəsi(Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dilləri arzuolunandır;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı;
- Şəxsi avtomobilin olması üstünlükdür;
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli;
- Müştəriyönümlü satış etmək bacarığı olmalı;
- Liderlik keyfiyyətlərinə malik olmalı.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırılmalarının aparılması, yeni imkanların müəyyən edilməsi və rəhbərliyə təkliflərin verilməsi;
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və ehtiyat hissələrin satışını həyata keçirilməsi;
- Şirkətin satış həcminin artırılmasına dəstək olunması;
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analiz edilməsi;
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
- Müşəri ilə görüşmələr və təqdimatların keçirilməsi;
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması;
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi;
- Ziyarət nəticələrinin izlənilməsi;
- Sifarişlərin icra olunması;
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi;
- Müştəri ödəmələrinin izlənilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
- Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
- Karyera inkişafı imkanları və mehriban kollektiv.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmək və ya https://careers.ram.az/?vacancy=1986&source=UC_65TIFH link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.