İş yeri: Bakı, Azərbaycan
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 5 ildən çox, rəhbər vəzifədə isə ən az 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Word, Excel, PowerPoint, 1C;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri (sərbəst), İngilis dili üstünlükdür;
- Satış siyasətinin idarə olunması və korporativ satış təcrübəsi;
- Potensial müştərilərlə əlaqə qurmaq, görüşlər keçirmək bacarığı;
- Yerli bazarın tələblərini bilmə;
- Ezamiyyətlərə hazır olmaq;
- Komandada işləmə və işçi problemlərini həll etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Bazar təhlili, araşdırma və monitorinq aparmaq;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Müqavilə şərtləri üzrə danışıqlar aparmaq və icraya nəzarət;
- Müştəri loyallığını təmin etmək;
- Satış göstəricilərinin analizi və hesabatların hazırlanması;
- Satış həcminin artırılmasına dəstək olmaq;
- Korporativ satış strategiyasını hazırlamaq və icrasına nəzarət etmək;
- İnternet və digər media kanallarında tender və müştəri axtarışı;
- Mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi;
- Şöbə əməkdaşlarının işini təşkil etmək və idarə etmək;
- Sistemə daxil edilən məlumatların düzgünlüyünə nəzarət;
- Müştəri şikayətlərinin vaxtında həll olunması.
Müraciət: CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan electron poçt ünvanına mövzu hissəsində “Korporativ Satış üzrə Şöbə müdiri” qeyd etməklə göndərməyiniz xahiş olunur.