Komanda rəhbəri

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Operator və anbar əməkdaşlarının işini təşkil etmək, iş yerlərinin optimal sayda əməkdaşla təmin olunmasına nəzarət etmək.
  • Malların qəbulu, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması və yüklənməsi proseslərinə rəhbərlik etmək və proseslərdə birbaşa iştirak etmək.
  • Malların vaxtında qəbulu və yüklənməsini, həmçinin sifarişlərin düzgün və operativ icrasını təmin etmək.
  • Anbar əməkdaşlarının işə davamiyyəti, iş vaxtından səmərəli istifadəsi və boşdayanma hallarına nəzarət etmək.
  • Anbar üzrə inventarizasiyalarda iştirak etmək, aşkar edilmiş fərqlərlə bağlı müvafiq izahat və məlumatları təqdim etmək.
  • Anbar daxilində əmək və istehsalat intizamına, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
  • Anbar ərazisinə kənar şəxslərin girişinin qarşısını almaq və müəyyən edilmiş giriş qaydalarına nəzarət etmək.
  • Anbar üzrə mal hərəkəti ilə bağlı məlumatların sistemlərdə düzgün və vaxtında işlənməsini təmin etmək.
  • Mədaxil və məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsinə və təhvil verilməsinə nəzarət etmək.
  • Müəyyən edilmiş hesabatları hazırlamaq və rəhbərliyə vaxtında, dəqiq məlumat təqdim etmək.
  • Şirkətin daxili standart, qayda, təlimat və biznes-prosedurlarına uyğun fəaliyyət göstərmək.
  • Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında icra etmək.
  • İş proseslərinin və malların yerləşdirilməsinin səmərəliliyinin artırılması ilə bağlı rəhbərliyə təkliflər vermək.
  • Anbar əməkdaşlarının peşəkar inkişafına dəstək olmaq və iş proseslərinin təkmilləşdirilməsini təmin etmək.

Tələblər:

  • Anbar, logistika və ya fulfilment sahəsində 1–2 il iş təcrübəsi;
  • Komanda idarəetməsi və əməkdaşların iş bölgüsünü aparmaq bacarığı;
  • Anbar prosesləri: qəbul, yerləşdirmə, picking, packing, çeşidləmə vəsifarişlərin yığılması barədə anlayış;
  • Gündəlik iş planının hazırlanması və tapşırıqların komandaya düzgünbölüşdürülməsi;
  • Sifarişlərin vaxtında və düzgün hazırlanmasına nəzarət;  
  • KPI və performans göstəricilərini izləmək və nəticələri təhlil etmək bacarığı;
  • İşçilərin davamiyyətinə, intizamına və əməyin təhlükəsizliyi qaydalarına nəzarət;
  • Anbar qalıqlarının və məhsul hərəkətinin düzgünlüyünə nəzarət;
  • Problemləri operativ müəyyən etmək və həll etmək bacarığı;
  • Gərgin və intensiv iş şəraitində işləyə bilmək;
  • Komanda ilə effektiv ünsiyyət və liderlik bacarığı;
  • MS Excel və anbar idarəetmə sistemləri (WMS) ilə işləmək bacarığı üstünlükdür;
  • Azərbaycan dili – rus dili yaxşı səviyyədə; ingilis dili bilmək üstünlükdür;
  • Növbəli iş qrafikində işləməyə hazır olmaq.

Əmək haqqı 1000-1300 Azn (Net)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily51
  • Weekly493
  • Monthly1346