Vəzifə öhdəlikləri
- Operator və anbar əməkdaşlarının işini təşkil etmək, iş yerlərinin optimal sayda əməkdaşla təmin olunmasına nəzarət etmək.
- Malların qəbulu, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması və yüklənməsi proseslərinə rəhbərlik etmək və proseslərdə birbaşa iştirak etmək.
- Malların vaxtında qəbulu və yüklənməsini, həmçinin sifarişlərin düzgün və operativ icrasını təmin etmək.
- Anbar əməkdaşlarının işə davamiyyəti, iş vaxtından səmərəli istifadəsi və boşdayanma hallarına nəzarət etmək.
- Anbar üzrə inventarizasiyalarda iştirak etmək, aşkar edilmiş fərqlərlə bağlı müvafiq izahat və məlumatları təqdim etmək.
- Anbar daxilində əmək və istehsalat intizamına, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Anbar ərazisinə kənar şəxslərin girişinin qarşısını almaq və müəyyən edilmiş giriş qaydalarına nəzarət etmək.
- Anbar üzrə mal hərəkəti ilə bağlı məlumatların sistemlərdə düzgün və vaxtında işlənməsini təmin etmək.
- Mədaxil və məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsinə və təhvil verilməsinə nəzarət etmək.
- Müəyyən edilmiş hesabatları hazırlamaq və rəhbərliyə vaxtında, dəqiq məlumat təqdim etmək.
- Şirkətin daxili standart, qayda, təlimat və biznes-prosedurlarına uyğun fəaliyyət göstərmək.
- Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında icra etmək.
- İş proseslərinin və malların yerləşdirilməsinin səmərəliliyinin artırılması ilə bağlı rəhbərliyə təkliflər vermək.
- Anbar əməkdaşlarının peşəkar inkişafına dəstək olmaq və iş proseslərinin təkmilləşdirilməsini təmin etmək.
Tələblər:
- Anbar, logistika və ya fulfilment sahəsində 1–2 il iş təcrübəsi;
- Komanda idarəetməsi və əməkdaşların iş bölgüsünü aparmaq bacarığı;
- Anbar prosesləri: qəbul, yerləşdirmə, picking, packing, çeşidləmə vəsifarişlərin yığılması barədə anlayış;
- Gündəlik iş planının hazırlanması və tapşırıqların komandaya düzgünbölüşdürülməsi;
- Sifarişlərin vaxtında və düzgün hazırlanmasına nəzarət;
- KPI və performans göstəricilərini izləmək və nəticələri təhlil etmək bacarığı;
- İşçilərin davamiyyətinə, intizamına və əməyin təhlükəsizliyi qaydalarına nəzarət;
- Anbar qalıqlarının və məhsul hərəkətinin düzgünlüyünə nəzarət;
- Problemləri operativ müəyyən etmək və həll etmək bacarığı;
- Gərgin və intensiv iş şəraitində işləyə bilmək;
- Komanda ilə effektiv ünsiyyət və liderlik bacarığı;
- MS Excel və anbar idarəetmə sistemləri (WMS) ilə işləmək bacarığı üstünlükdür;
- Azərbaycan dili – rus dili yaxşı səviyyədə; ingilis dili bilmək üstünlükdür;
- Növbəli iş qrafikində işləməyə hazır olmaq.
Əmək haqqı 1000-1300 Azn (Net)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.