Vəzifə öhdəlikləri:
- Təsərrüfat şöbəsinə aid mal-materialların qəbulunu, qeydiyyatını və düzgün saxlanmasını təmin etmək;
- Anbara daxil olan və anbardan çıxan məhsulların uçotunu aparmaq;
- Təmizlik vasitələri, təsərrüfat avadanlıqları və digər inventarların hərəkətinə nəzarət etmək;
- Gündəlik, həftəlik və aylıq inventar hesabatlarını hazırlamaq;
- Mal-material ehtiyatlarını izləmək və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- Anbarın səliqəli və təhlükəsizlik qaydalarına uyğun saxlanılmasını təmin etmək;
- Sayım proseslərində iştirak etmək.
Tələblər:
- Anbardar və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
- Anbar uçotu və inventar idarəetməsi üzrə biliklər;
- MS Excel proqramında işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq;
- Komandada işləmək bacarığı.
Qeyd - Xanım namizədlər müraciət edə bilər (aktiv və çevik işləyənlər üçün nəzərdə tutulub)
İş şəraiti:
- İş yeri: “Green City Resort & Residence”- Bakı, Şıxov
- İş rejimi: 6 günlük iş günü
- Nahar verilir
- Əmək haqqı: 800-1000 Azn (müsahibə əsasında qarşılıqlı razılıq ilə müəyyən ediləcək)
Maraqlanan namizədlər öz CV-ni mövzu hissəsində işin adını (Anbardar - Təsərrüfat şöbəsinə) göstərilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 051 882 97 29 nömrəsinə göndərmələri xahiş olunur.