Qeyd - Əmək haqqı hesablama qabiliyyəti mütləq tələb olunur
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Səbail rayonu (Şıxov)
- İş qrafiki: 09:00 – 18:00
- Əmək münasibətləri: Rəsmi əmək müqaviləsi
Əsas vəzifə öhdəlikləri:
- Şirkət üzrə İnsan Resursları strategiyasının hazırlanması, tətbiqi və inkişaf etdirilməsi;
- Şirkətin strukturunun formalaşdırılması, vəzifə bölgüsünün və idarəetmə mexanizmlərinin qurulması;
- İşə qəbul prosesinin strukturlaşdırılması (vakansiya tələbi, müsahibə, seçim, təklif və işə qəbul mərhələləri);
- Kadr tələbatının planlaşdırılması, vakansiyaların yerləşdirilməsi və namizədlərin seçilməsi;
- İşə qəbul olunmuş əməkdaşlar üçün adaptasiya və oriyentasiya proqramlarının hazırlanması və icrası;
- İşçilərin təlim, inkişaf və motivasiya ehtiyaclarının müəyyən edilməsi, təlimlərin təşkili;
- Rəsmi tabel (iş vaxtının uçotu) sisteminin aparılması və nəzarəti;
- Əmək fəaliyyətinin qiymətləndirilməsi (KPI, performans sistemi) mexanizminin yaradılması və tətbiqi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və düzgün aparılması;
- Əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması və Elektron Hökumət Portalına daxil edilməsi;
- İşə qəbul, işdən azad etmə, məzuniyyət, ezamiyyə və digər əmrlərin hazırlanması;
- Məzuniyyət qrafiklərinin tərtibi və icrasına nəzarət;
- Sosial sığorta şəhadətnamələrinin sifarişi, icbari sığorta proseslərinin icrası;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə prosesinə nəzarət;
- İşçilərin davamiyyət uçotunun aparılması və aylıq hesabatların hazırlanması;
- İşçi axıcılığının səbəblərinin təhlili və azaldılması üçün tədbirlərin görülməsi;
- İnsan Resursları departamenti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması;
- Dövlət qurumlarına təqdim edilən hesabatların hazırlanması;
- Korporativ etika və daxili qaydaların qorunmasına nəzarət;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
Namizədə tələblər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarə olunması sahəsində dərin bilik və praktik təcrübə;
- Əmək haqqı, tabel və kadr uçotu üzrə real iş təcrübəsi;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- ERP sistemləri və MS Office proqramlarını sərbəst bilməli;
- Ali təhsil (menecment, insan resursları, hüquq, psixologiya, iqtisadiyyat və ya mühasibatlıq);
- İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi;
- Rus dili biliyi arzuolunandır;
- Yaş həddi: 27–50;
- Analitik düşüncə, məsuliyyət, liderlik və güclü təşkilatçılıq bacarığı.
Tələblərə cavab verən namizədlərdən CV-lərini Word və ya PDF formatında, mövzu hissəsində “İnsan Resursları üzrə Baş Mütəxəssis / Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 051 882 97 29