G Green City Resort & Residence
  • 771

Green City Resort & Residence

Əmlakın idarəedilməsi

İş icraçısı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş icraçısı

  • Deadline 3 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifələr

  • Sahədə gedən tikililərə rəhbərlik edir
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
  • İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir
  • Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
  • Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir
  • Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
  • Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir
  • Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir
  • Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir
  • Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür
  • İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir

İş şəraiti

  • İş qrafiki: 6 gün, bazar gunu istirahət
  • Nahar, telefon və servis xidməti şirkət tərəfindən təim olunur

Namizədə tələblər

  • Ali təhsil (Sənaye və mülki tikinti)
  • Tikinti layihələrində ən az 3 illik təcrübə
  • Microsoft Office(Outlook, Word, Excel),
  • Məsuliyyətli, dəqiq və peşakar
  • Dil bilikləri: Azərbaycan dili
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli

CV- formaları Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily102
  • Weekly324
  • Monthly352