Green Life Engineering Green Life Engineering
  • 700

Green Life Engineering

Energy Equipment & Services

Elektrik mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik mühəndisi

  • Deadline 9 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlamaq;
  • Müəssisə daxili maliyyə smetasının qiymətləndirmək, layihələr üzərində kodların və zona bölgüsünün təsvir etmək, xərcləri optimallaşdırmaq;
  • Elektrik koordinasiya prosesinə nəzarət etmək;
  • İstismar müddətinin təhlili də daxil olmaqla elektrik sistemini seçilmək;
  • Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
  • Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək
  • Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
  • Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək;
  • Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
  • Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs tələbatlarını müəyyənləşdirmək, müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək, resursları müvafiq qaydada bölüşdürmək;
  • Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına nəzarət etmək
  • Bütün avadanlıqlar üçün profilaktik baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək;

Bilməlidir:

  • Alternativ enerji sistemlərindən məlumatlı olmalı
  • Günəş enerjisinin tətbiqində istifadə edilən komponentlər haqqında məlumatlılıq
  • Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
  • Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
  • Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
  • Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
  • Elektrik çertyojları oxuma bacarığı

Tələblər:

  • Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil.
  • Kompüter bilikləri: AutoCAD, Mirosoft Office
  • İngilis dili üzrə orta səviyyədə yazı və danışıq qabiliyyətinə malik olmaq.
  • Elektronika mühəndisliyi üzrə minimum bir- iki il sahə təcrübəsi
  • Ünsiyyət qura bilmə, analiz və təhlilləri apara bilmək bacarığı

İş şəraiti:

  • Altı günlük iş rejimi
  • Bütün infrastrukturlara yaxın ofis məkanı.
  • Əmək haqqı namizədin tələblərə uyğunluğundan asılı olaraq 700 -1200 manat aralığında müəyyən ediləcəkdir. 

Qeyd olunan tələblərə uyğun namizədlər CV-ləri mövzu yerinə “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily149
  • Weekly265
  • Monthly2149