Green Life Engineering Green Life Engineering
  • 715

Enerji sistemləri mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Enerji sistemləri mühəndisi

  • Deadline 3 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • Avadanlıqların təmzimlənməsi, sazlanması işlərini görmək
  • Avadanlıqlara texniki baxışın keçirilməsi, diaqnostika- profilaktika işlərini görmək
  • Avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək
  • Mövcud avadanlıqların işlək fəaliyyətini təmin etmək
  • Avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmaq
  • Avadanlıqların düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması və təmiri
  • Avadanlıqların texniki vəziyyətinin istismara uyğunluğuna nəzarət etmək
  • Sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunmasını təmin etmək
  • Avadanlıqların ehtiyat hissələri ilə təmin edilməsi, istismarda olan cihazların mühafizəsinə nəzarət edilməsi

Bilməlidir:

  • Alternativ enerji sistemlərindən məlumatlı olmalı
  • Günəş paneli sistemlərinin dizaynı, simulyasiyası və layihə planlaşdırılması
  • Sistemin quraşdırılması və istismara verilməsinə nəzarət
  • Elektrik infrastrukturunun təhlili, torpaqlama problemlərinin həlli və ölçmələr (məsələn, gərginlik testləri, izolyasiya testləri).
  • Layihələrin tenderinin aparılması, biznes planlaşdırılması və hesabat proseslərinin həyata keçirilməsi.
  • İnverter, akkumulyator və digər avadanlıqların seçilməsi və inteqrasiyası.
  • 48V sistemləri, çevirici və akkumulyator inteqrasiyası haqqında biliklərə malik olmaq.
  • Müştəri tələblərini anlamaq, texniki məsləhət vermək və layihələrdə aktiv rol oynamaq.
  • Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
  • Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
  • Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
  • Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
  • Elektrik çertyojları oxuma bacarığı

Tələblər:

  • Türkiyədə Elektrik, Elektronika və ya Avtomatika sahəsi üzrə ali təhsil
  • Enerji sistemləri mühəndisliyi üzrə minimum bir il iş təcrübəsi
  • Azərbaycan və ingilis dilləri (C1) üzrə yüksək biliklər
  • Ünsiyyət qura bilmə, analiz və təhlilləri apara bilmək bacarığı
  • Kompüter bilikləri: AutoCAD, Mirosoft Office, PVSOL
  • Yeni məzunlara üstünlük verilir

İş şəraiti:

  • Altı günlük iş rejimi
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.
  • Bütün infrastrukturlara yaxın ofis məkanı

Qeyd olunan tələblərə uyğun namizədlər CV-ləri mövzu yerinə “Enerji sistemləri mühəndisi” yazaraq elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily69
  • Weekly347
  • Monthly1990