Vəzifə öhdəlikləri:
- Bütün muhasibatlıq əməliyyatları üzrə daxili və xarici mal, iş və xidmətlərin alışı və silinməsi işlərinin icrası.
- Əmək haqqı və Əmək haqqına bərabər tutulan bütün ödənişlərin hesablanması, ödənilməsi, eyni zamanda DSMF və bir əmək statistika hesabatının verilməsi.
- Əsas vəsaitlərin uçotu. Amortizasiya və təmir xərclərini hesablanması. Təmir xərclərinin qüsur quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının uçota alınması.
- İnternet banking vasitəsi ilə bütün bank əməliyyatlarının icrası və 1c proqramında işlənilməsi.
- Nağdsız hesablaşmalar haqqında qanun tələbinə uyğun olaraq kassa əməliyyatlarının icrası.
- İstehsalın uçotu (istehsal məhsulunun spesfikasiyalarının hazırlanması, hazır məhsul anbarına nəzarət).
- Layihələri üzrə material və sair xərclərin texniki uçot və F2-lər üzrə silinməsi.
- Yuxarıda sadalanan bütün mühasibatlıq əməliyyatlarının müvafiq sənəd proseduru və kargüzarlığın icrası eyni zamanda əməliyyatların 1C proqramında işlənilməsi.
- Hesabat dövrləri üzrə statistik hesabatlarının təqdim etməlidir.
- Alış və Satış qaimələrinin 1C proqramında işlənilməsi, qaimə üzrə gələn mal-material, əsas vəsait, ehtiyat hissələrinin anbarlar düzgün yerləşdirilməsi.
- Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Vahid muzdlu, Əmlak, Ödəmə mənbəyindən tutulan vergi və sair vergi üzrə hesabatları) hazırlanmasını və aidiyyatı qurumlara göndərilməsini təmin etməlidir.
Tələblər:
- Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat üzrə olması arzu olunandır)
- Tələblər: Bu sahədə ən azı 2 il iş təcrübəsi
- 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
Digər məlumatlar:
- 5 günlük iş rejimi
- Bütün infrastrukturlara yaxın ofis məkan
- Korporativ nömrə ilə təminat
- Əmək haqqı bilik və bacarıqlardan asılı olaraq 1200 -1500 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər CV-ləri mövzu yerinə “mühasib” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.