Green Life Engineering Green Life Engineering
  • 1.1K

Satınalma üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə mütəxəssis

  • Deadline 13 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan Təhsil və təcrübə:

  • Təhsil – İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür);
  • İş Stajı - Ən azı 3 il davamlı olaraq İSO standartlarına uyğun işini təşkil edən, Beynəlxalq layihələrdə Baş Podratçı olan bir İnşaat Şirkətində Satınalma üzrə mütəxəssis olaraq peşəkar iş təcrübəsinin olması;
  • Sertifikat – Akreditasiyası olan beynəlxalq  şirkətlərdən ixtisasına uyğun setifikatları olanlara və treyninqlərdə iştirak edənlərə əlavə üstünlük veriləcəkdir.

Tələb olunan Kompüter bilikləri:

  • Microsoft Office (Word, Excel, Outlook) - əla səviyyədə;
  • Logo proqramını bilən namizədlərə üstünlük veriləcək;

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili - əla səviyyədə;
  • İngilis dili -  yaxşı səviyyədə;

Tələb olunan Bacarıqlar:

  • İşini elektron ortamda qurmaq, korporativliyə və şəffaflığa üstünlük vermək bacarığına malik olmaq.
  • Hər hansı xidmət və ya material, avadanlıq və s. satınalmasını aparmazdan əvvəl layihə və İş Həcmlərin araşdırmaq bacarığına malik olmaq.
  • Satınalma işini aparmaq üçün internet ortamında araşdırma aparmaq bacarığına malik olmaq.
  • Tədarükçülər tərəfindən təklif olunan hər hansı xidmət və ya material, avadanlıq və s. orjinallıq, keyfiyyət, təhlükəsizlik və s göstəricilər əks etdirən sənədlərini yoxlamaq və bu sənədlərin düzgünlüyünü müəyyən etmək bacarığına malik olmaq.

Vəzifə və Öhdəliklər: 

  • Satınalmanın təşkili:Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması, tədarükü;
  • Yerli və xarici bazarın təhlili, tələb olunan araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
  • Satınalma sorğularına nəzarət və yoxlanılması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Təchizatçıların seçimi və qiymətləndirilməsi; Qiymətlərin araşdırılması və müqaisə olunması;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması, yeni təchizatçıların cəlb edilməsi;
  • Təchizatçı müqavilələrinə baxılması və lazım gələrsə müvafiq dəyişiliklərin edilməsi üçün təkliflərin hazırlanması;
  • Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi;

İş şəraiti:

  • Altı günlük iş rejimi
  • Bütün infrastrukturlara yaxın ofis məkanı
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini tövsiyə məktubları ilə birgə elektron poçt ünvanına mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

  • Daily0
  • Weekly425
  • Monthly2057