Green Plant MMC Green Plant MMC

Green Plant MMC

Emal sənayesi , İçki istehsalı

Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 23 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yerinə yetirəcəyi işlər

  • Şirkətin tərəf olduğu müqavilələrin, sazişlərin, müqavilə əlavələrinin (əlavə razılaşmaların), o cümlədən onların icrası ilə bağlı sənədlərin və digər analoji mahiyyətli sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək. 
  • Şirkətin tərəf olduğu müqavilələrin və digər razılaşmaların hüquqi ekspertizasını həyata keçirmək, əsaslandırılmış hüquqi rəy vermək, müqavilə idarəetmə sisteminin qurulmasında iştirak etmək, müqavilələrin reyestrinin aparılmasını və icrası (müddəti) bitmiş müqavilələrin arxivləşdirilməsini təmin etmək.
  • Şirkətdə hüquqi işlərə metodiki rəhbərlik etmək, hüquqi sorğuları cavablandırmaq, əsaslandırılmış şifahi və yazılı hüquqi rəylər vermək.  
  • Korporativ idarəetmə ilə bağlı sənədlərin, o cümlədən siyasət, prosedur, təlimat və digər şirkətdaxili sənədlərin hazırlanmasında iştirak etmək və ya hazırlanmasını təmin etmək. 
  • Şirkətin fəaliyyətinin daxili qaydaların və qanunvericilik aktlarının tələblərinə uyğunluğunun vəziyyətini yoxlamaq, bununla bağlı hesabatları almaq və ümumiləşdirərək aidiyyəti üzrə təqdim etmək, uyğunluğun təmin edilməsi işinə rəhbərlik etmək və bununla bağlı şirkətdaxili qaydaların tələblərinə uyğun olaraq tövsiyələr vermək və məruzələr etmək. 
  • Azərbaycan Respublikasının məhkəmələrində şirkətin hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə işləri ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək, məhkəmə işlərinin reyestrini aparmaq, məhkəmələrdə baxılan işlər barədə məruzə etmək, icrası qurtarmış məhkəmə işlərinin hesabatını aparmaq və arxivləşdirilməsini aparmaq. 
  • Məktubların, müraciətlərin (ərizələrin, şikayətlərin və s.), korporativ sənədlərin (əmr, qərar və s.) və digər hüquqi sənədlərin hazırlanmasına dəstək göstərmək;
  • Dövlət orqanları, məhkəmələr və hüquq mühafizə orqanları ilə əlaqədar işlərdə iştirak etmək, hüquqi dəstək göstərmək və şirkəti təmsil etmək; 
  • Şirkətin fəaliyyəti üçün tələb olunan lisenziyaların, icazələrin və digər sənədlərin alınmasına hüquqi dəstək göstərmək;

Tələblər

Spesifik peşə bacarıqları

  • Şirkətdə tətbiq olunan və ya şirkətin fəaliyyətinə dair qərar, sərəncam, əmrlərini, müəssisə, idarə və təşkilatların hüquq fəaliyyətinə aid olan metodiki, normativ və başqa rəhbər materialları, qüvvədə olan qanunvericiliyi; 
  • mülki, əmək və inzibati hüququ, qanunvericilik və normativ aktlar üzrə sorğu məlumat işini, 
  • Elektron portallardan (e-mehkeme.gov.az, e-taxes vəs.) istifadə etməyi, sənədlərin elektron qaydada göndərilməsi, alınması və izlənməsini;
  • Şirkətin fəaliyyətinə tətbiq edilən qanunvericiliyi bilməlidir.

Yumşaq bacarıqlar

  • Səlis danışıq qabiliyyətli, səmərəli ünsiyətcil və obyektiv;
  • Keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;
  • Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;

Təhsil - Hüquq və ya beynəlxalq hüquq sahəsində ali təhsil

İş stajı - 3 il iş təcrübəsi

Dil bilikləri - Azərbaycan dili (əla), ingilis və rus dillərini bilmək əlavə üstünlükdür, 

Komyuter bilikləri - Microsoft Office (yaxşı)

İş şəraiti

  • İş rejimi:  5 günlük, 09:00-18:00
  • İş yeri: Bakı şəhəri
  • Ezamiyyət: Ezamiyyətlərə gedə bilməli

Əlavə imtiyazalar

  • Korporativ nömrə
  • Nahar Yeməyi
  • Təlim Dəstəyi
  • Tibbi sığorta

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər(“Hüquqşünas” başlığı ilə göndərməyiniz xahiş olunur)

  • Daily0
  • Weekly388
  • Monthly2102