Green Plant MMC Green Plant MMC
  • 145

Green Plant MMC

Emal sənayesi , İçki istehsalı

İstehsalat sahəsinin rəisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsalat sahəsinin rəisi

  • Deadline 23 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yerinə yetirəcəyi işlər

  • Çayın qəbulundan başlayaraq emal, qarışdırma, çeşidləmə, qablaşdırma və hazır məhsulun buraxılışına qədər istehsal prosesini təşkil etmək.
  • İstehsal planının hazırlanmasını və yerinə yetirilməsini təmin etmək.
  • İstehsalat işçilərinin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və növbələri təşkil etmək.
  • İstehsal avadanlıqlarının düzgün və təhlükəsiz işləməsinə nəzarət etmək.
  • Xammalın və hazır məhsulun keyfiyyətinə nəzarət etmək.
  • İstehsal zamanı texnoloji proseslərə və müəssisənin müəyyən etdiyi standartlara riayət olunmasını təmin etmək.
  • Xammal, qablaşdırma materialları və digər resursların səmərəli istifadəsinə nəzarət etmək.
  • İstehsalatda yaranan nasazlıq, itki, gecikmə və digər problemlərin aradan qaldırılmasını təşkil etmək.
  • İstehsal göstəricilərini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək.
  • Məhsul itkisini azaltmaq, məhsuldarlığı artırmaq və istehsal xərclərini optimallaşdırmaq üçün tədbirlər görmək.
  • Yeni məhsulların və ya yeni texnoloji proseslərin tətbiqində iştirak etmək.

Tələblər

Biliklər

  • Çay istehsalı və emalı texnologiyası
  • Qida təhlükəsizliyi və HACCP prinsipləri
  • Keyfiyyətə nəzarət və qida standartları
  • İstehsal proseslərinin planlaşdırılması və idarə edilməsi
  • İstehsal avadanlıqları və texniki təhlükəsizlik

Yumşaq bacarıqlar

  • Planlama;
  • Komanda idarəetməsi;
  • Təşkilatçılıq;
  • İntizam və nəzarətçilik;
  • İnkişaf yönümlülük;

Təhsil - Qida mühəndisliyi, Qida texnologiyaları sahələri üzrə ali təhsil

İş stajı - Müvafiq sahə üzrə minumum 5 il iş təcrübəsi.

Dil bilikləri - Azərbaycan dili (əla),  ingilis və rus dilləri əlavə üstünlükdür

Komyuter bilikləri - Microsoft Office (yaxşı),

İş şəraiti

  • İş rejimi: 5 günlük, 08:00-17:00
  • İş yeri: Astara rayonu, Kakalos kəndi

Əlavə imtiyazalar

  • Korporativ nömrə
  • Nahar Yeməyi
  • Tibbi sığorta

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər (“İstehsalat sahəsinin rəisi” başlığı ilə göndərməyiniz xahiş olunur)

  • Daily128
  • Weekly514
  • Monthly2226