Yerinə yetirəcəyi işlər
- Çayın qəbulundan başlayaraq emal, qarışdırma, çeşidləmə, qablaşdırma və hazır məhsulun buraxılışına qədər istehsal prosesini təşkil etmək.
- İstehsal planının hazırlanmasını və yerinə yetirilməsini təmin etmək.
- İstehsalat işçilərinin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və növbələri təşkil etmək.
- İstehsal avadanlıqlarının düzgün və təhlükəsiz işləməsinə nəzarət etmək.
- Xammalın və hazır məhsulun keyfiyyətinə nəzarət etmək.
- İstehsal zamanı texnoloji proseslərə və müəssisənin müəyyən etdiyi standartlara riayət olunmasını təmin etmək.
- Xammal, qablaşdırma materialları və digər resursların səmərəli istifadəsinə nəzarət etmək.
- İstehsalatda yaranan nasazlıq, itki, gecikmə və digər problemlərin aradan qaldırılmasını təşkil etmək.
- İstehsal göstəricilərini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək.
- Məhsul itkisini azaltmaq, məhsuldarlığı artırmaq və istehsal xərclərini optimallaşdırmaq üçün tədbirlər görmək.
- Yeni məhsulların və ya yeni texnoloji proseslərin tətbiqində iştirak etmək.
Tələblər
Biliklər
- Çay istehsalı və emalı texnologiyası
- Qida təhlükəsizliyi və HACCP prinsipləri
- Keyfiyyətə nəzarət və qida standartları
- İstehsal proseslərinin planlaşdırılması və idarə edilməsi
- İstehsal avadanlıqları və texniki təhlükəsizlik
Yumşaq bacarıqlar
- Planlama;
- Komanda idarəetməsi;
- Təşkilatçılıq;
- İntizam və nəzarətçilik;
- İnkişaf yönümlülük;
Təhsil - Qida mühəndisliyi, Qida texnologiyaları sahələri üzrə ali təhsil
İş stajı - Müvafiq sahə üzrə minumum 5 il iş təcrübəsi.
Dil bilikləri - Azərbaycan dili (əla), ingilis və rus dilləri əlavə üstünlükdür
Komyuter bilikləri - Microsoft Office (yaxşı),
İş şəraiti
- İş rejimi: 5 günlük, 08:00-17:00
- İş yeri: Astara rayonu, Kakalos kəndi
Əlavə imtiyazalar
- Korporativ nömrə
- Nahar Yeməyi
- Tibbi sığorta
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər (“İstehsalat sahəsinin rəisi” başlığı ilə göndərməyiniz xahiş olunur)