Anbardar

  • Истекает 12 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti  “Anbardar” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
  • Anbardakı malların gündəlik, haftəlik, aylıq sayılmasını təmin etmək;
  • Anbarda olan malları invertar nömrəsi ilə nömrələnməsini təmin etmək;
  • Daxil olunmuş sənədlərin qeydiyyatını aparmaq;
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
  • Anbara qəbul olunan hər növ mal-materialı təhvil alaraq anbar yerləşim planına uyğun olaraq yerləşdirmək;
  • Anbarların hər zaman təmiz, səliqəli olmasını təmin etmək;

Tələblər:

  • Sahə üzrə 1 il iş təcrübəsi;
  • Kənd təsərrüfatı sahəsində çalışanlara üstünlük verilir;
  • Təhsil: Ali və ya orta ixtisas təhsili;
  • İdarəetmə təcrübəsi, analitik düşünmə qabiliyyəti;
  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq bacarığı;
  • Kompüter bilikləri: MS Office,1C, Outlook;

İş barədə məlumat

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş yeri Binə qəsəbəsində yerləşir;
  • Koroğlu mt/s servis avtobusu vardır;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı net 700 AZN.
  • Binə qəsəbəsi və ətraf ərazilərdə yaşayanlara üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Anbardar” şəklində göstərməyiniz xahiş olunur.

  • Daily2
  • Weekly574
  • Monthly1380