Green Tech Green Tech
  • 125

Elektrik mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik mühəndisi

  • Deadline 5 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Elektrik mühəndisi” vəzifəsi üzrə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər

  • Elektrik aparatlarının və cihazlarının iş prinsiplərini bilməli;
  • Təmir edilən avadanlıqların konstruktiv xüsusiyyətlərini, mexanizmini, təmir, quraşdırma və montaj metodlarını, həmçinin təmir olunmuş avadanlığın dəqiqlik və sınaq yoxlamalarını bilməli;
  • Texnikaların elektrik hissələrinin təmir öncəsi periodik baxım və texniki xidmət işlərini yerinə yetirməyi bacarmalı;
  • Elektrik qurğularının, avadanlıqların və mexanizmlərin texniki vəziyyətini daimi nəzarətdə saxlamalı, aşkar olunan xırda nasazlıqları operativ şəkildə aradan qaldırmalı;
  • İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsini təmin etməli.

Tələblər

  • Təhsil: Ali təhsil (Elektrik mühəndisliyi üzrə);
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu yaxşı bilməli;
  • Detallara qarşı diqqətli, intizamlı və məsuliyyətli olmalı;
  • Planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqlarına sahib olmalı;
  • Yaş həddi: 25–40;
  • Məsuliyyətli, dəqiq və kollektivlə işləmək bacarığına malik olmalı.

İş barədə məlumat

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş yeri: Binə qəsəbəsi;
  • Koroğlu metro stansiyasından servis avtobusu mövcuddur;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: 900–1000 AZN (namizədin bilik və bacarıqlarına əsasən).

Göstərilən tələblərə cavab verən namizədlər CV-ni Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.Emailin mövzu hissəsində “Elektrik mühəndisi” yazılması xahiş olunur.

  • Daily14
  • Weekly556
  • Monthly556