SƏTƏM mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM mütəxəssis

  • Deadline 18 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən  “Green Tech” MMC şirkəti  “SƏTƏM mütəxəssis” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

  • Müəssisədə əməyin mühafizəsi işini təşkil etmək və əlaqələndirmək;
  • Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün rəhbərliyə hesabatlar təqdim etmək;
  • İş yerində baş verə biləcək qəza analizini etmək, onların qarşısının alınması üçün təkliflər vermək;
  • Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməsinə nəzarət etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və digər növ təlimatlandırmanın vaxtında və keyfiyyətli həyata keçməsini təmin etmək;
  • Əməyin mühafizəsi üzrə tətbiq edilən yerli qanunvericilik və digər normativ hüquqi aktların tələblərini işçilərin nəzərinə çatdırmaq.

Tələblər:

  • Təhsil: Ali (Sahə üzrə)
  • İş təcrübəsi: 1 ilə kimi (istehsalat üzrə)
  • Sertifikat: Sahə üzrə sertifikatlara sahib olmalı - FHN şəhadətnamə və s.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları və  yerli qanunvericilik tələbləri haqqında bilgi.
  • Fövqəladə hallar zamanı davranış qaydalarını bilməli;

İş barədə məlumat

  • İş qrafiki: 08:00-17:00 ( 6 günlük iş qrafiki, şənbə günləri iş saatı 08:00-dan 12:00-a dəkdir);
  • Iş yeri Binə qəsəbəsində yerləşir;
  • Gediş-gəliş şirkət tərəfindən təmin edilir;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı 1000-1200 (net) manat

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.

  • Daily13
  • Weekly590
  • Monthly1886