Grinco MMC şirkət və təşkilatların müxtəlif məhsul və avadanlıqlarla təchizatı sahəsində fəaliyyət göstərir. Korporativ müştəri portfelimizi genişləndirmək və satışlarımızı inkişaf etdirmək üçün komandamıza Korporativ satış üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifələr
- Potensial korporativ müştəriləri araşdırmaq, müştəri bazasını formalaşdırmaq və yeni əməkdaşlıqlar qurmaq;
- Aktiv zənglər, işgüzar yazışmalar və görüşlər vasitəsilə şirkətin məhsul və xidmətlərini təqdim etmək;
- Müştəri ehtiyaclarını müəyyənləşdirmək, satınalma komandası ilə birlikdə uyğun kommersiya təklifləri hazırlamaq;
- Təklifləri izləmək, qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqlar aparmaq, satışları yekunlaşdırmaq;
- Sifarişlərin icrasını, çatdırılma və ödəniş mərhələlərini aidiyyəti şöbələrlə koordinasiya etmək;
- Mövcud müştərilərlə uzunmüddətli münasibətlər qurmaq və təkrar satışları artırmaq;
- Satış planını yerinə yetirmək, müştəri məlumatlarını CRM/ERP sistemində yeniləmək və nəticələr üzrə hesabat təqdim etmək.
Namizədə tələblər
- Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Aktiv müştəri axtarışı, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət;
- MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
- İşini planlaşdırmaq, müraciətlərə operativ cavab vermək və satış prosesini sonadək izləmək bacarığı;
- Məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
- Rus dili biliyi, təchizat sektorunda təcrübə və mövcud korporativ müştəri portfeli üstünlükdür.
Təklif edirik
- 800 AZN net sabit aylıq əməkhaqqı + satışdan bonuslar;
- Rəsmi əmək müqaviləsi;
- Geniş məhsul çeşidi ilə müxtəlif sektorlara satış etmək imkanı;
- Müştəri portfelini genişləndirmək və satış nəticələrinə uyğun gəliri artırmaq imkanı;
- Satınalma və digər aidiyyəti komandalarla birgə iş mühiti.
İş yeri: Bakı şəhəri, Rövşən Əliyev küçəsi 1, Nobel otelinin yanı.
CV-nizi mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Uyğun namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Əlaqə: 051 240 12 43