Korporativ satış üzrə təcrübəçi

  • Истекает 1 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

GRINCO MMC korporativ satış sahəsini öyrənmək, real iş təcrübəsi qazanmaq və gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən namizədlər üçün təcrübə proqramı elan edir.

Təcrübə müddətində öyrənəcəksiniz

  • Korporativ müştərilərin araşdırılması və müştəri bazasının formalaşdırılması;
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi;
  • Telefon, e-poçt və görüşlər vasitəsilə peşəkar ünsiyyət;
  • Kommersiya və qiymət təkliflərinin hazırlanması;
  • Satış prosesinin ilk əlaqədən sifarişədək idarə olunması;
  • Müştərilərlə davamlı əlaqənin və satış sonrası kommunikasiyanın qurulması;
  • ERP sistemində məlumatların qeydiyyatı və hesabatların hazırlanması.

Namizədə tələblər

  • Korporativ satış sahəsini öyrənmək və inkişaf etmək istəyi;
  • Ali təhsilli və ya sonuncu kurs tələbəsi olmaq;
  • Azərbaycan dilində düzgün və səlis ünsiyyət bacarığı;
  • MS Office proqramları üzrə baza bilikləri;
  • Məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq olmaq;
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı;
  • Rus dili biliyi üstünlükdür.

Biz nə təklif edirik?

  • Korporativ satış üzrə real praktiki təcrübə;
  • Təcrübəli əməkdaşların dəstəyi ilə öyrənmə imkanı;
  • Real müştərilər və korporativ layihələrlə işləmək;
  • Satış, danışıqlar və kommersiya təklifi hazırlamaq bacarıqlarının inkişafı;
  • Peşəkar və uzunmüddətli karyera perspektivi;
  • Təcrübə proqramını uğurla tamamlayan və uyğun nəticə göstərən namizədlərin daimi işlə təmin olunması.

İş formatı: Tam iş günü, ofisdaxili

İş yeri: Bakı şəhəri, Xətai rayonu

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly222
  • Monthly108