GRINCO MMC korporativ satış sahəsini öyrənmək, real iş təcrübəsi qazanmaq və gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən namizədlər üçün təcrübə proqramı elan edir.
Təcrübə müddətində öyrənəcəksiniz
- Korporativ müştərilərin araşdırılması və müştəri bazasının formalaşdırılması;
- Müştəri ehtiyaclarının müəyyən edilməsi;
- Telefon, e-poçt və görüşlər vasitəsilə peşəkar ünsiyyət;
- Kommersiya və qiymət təkliflərinin hazırlanması;
- Satış prosesinin ilk əlaqədən sifarişədək idarə olunması;
- Müştərilərlə davamlı əlaqənin və satış sonrası kommunikasiyanın qurulması;
- ERP sistemində məlumatların qeydiyyatı və hesabatların hazırlanması.
Namizədə tələblər
- Korporativ satış sahəsini öyrənmək və inkişaf etmək istəyi;
- Ali təhsilli və ya sonuncu kurs tələbəsi olmaq;
- Azərbaycan dilində düzgün və səlis ünsiyyət bacarığı;
- MS Office proqramları üzrə baza bilikləri;
- Məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq olmaq;
- Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı;
- Rus dili biliyi üstünlükdür.
Biz nə təklif edirik?
- Korporativ satış üzrə real praktiki təcrübə;
- Təcrübəli əməkdaşların dəstəyi ilə öyrənmə imkanı;
- Real müştərilər və korporativ layihələrlə işləmək;
- Satış, danışıqlar və kommersiya təklifi hazırlamaq bacarıqlarının inkişafı;
- Peşəkar və uzunmüddətli karyera perspektivi;
- Təcrübə proqramını uğurla tamamlayan və uyğun nəticə göstərən namizədlərin daimi işlə təmin olunması.
İş formatı: Tam iş günü, ofisdaxili
İş yeri: Bakı şəhəri, Xətai rayonu
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.