Grinco MMC-də Karyerana Başla!
Korporativ Satış üzrə Təcrübəçi (Internship Program)
Grinco MMC olaraq korporativ satış sahəsində inkişaf etmək istəyən gəncləri komandamıza dəvət edirik!
Bu proqram real iş təcrübəsi qazanmaq və uğurlu satış karyerasına başlamaq üçün əla fürsətdir.
Proqram haqqında
Bu təcrübə proqramı müddətində siz:
- Korporativ satış prosesini praktiki şəkildə öyrənəcəksiniz
- Müştərilərlə ünsiyyət və danışıqlar bacarıqlarınızı inkişaf etdirəcəksiniz
- Tender və təklif hazırlama proseslərində iştirak edəcəksiniz
- Real layihələr üzərində işləyəcəksiniz
Ən vacibi: Proqramı uğurla bitirən namizədlər işlə təmin olunacaqdır
Namizədə tələblər
- Ali təhsil
- Ofis proqramları üzrə baza bilikləri
- Ünsiyyət bacarığı yüksək olmalı
- Koorporotiv Satış sahəsinə maraq və inkişaf istəyi
- Məsuliyyətli və öyrənməyə açıq olmaq
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili üstünlükdür
Biz nə təklif edirik
- Real iş mühiti və praktiki təcrübə
- Təcrübəli komandadan öyrənmə imkanı
- Karyera inkişafı üçün dəstək
- Uğurlu nəticə göstərənlər üçün daimi iş imkanı
- Motivasiyaedici mühit və bonus sistemi
Müddət
- Təcrübə müddəti: 1 ay
İş şəraiti:
- İş qrafiki: 5 günlük (08;30-17;30) (Tam və ya yarım ştat)
- Əmək haqqı: Minimal xərclər şirkət tərəfindən qarşılanacaqdır
- Ünvan Rövşən Əliyev 1, Xətai Metrosunun yaxınlığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.