Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 25 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İlkin uçot sənədlərin (müqavilə, təhvil-təslim aktı, hesab-faktura, qaimə, və s.) qəbul edilməsi, yoxlanılması və təsdiqi
  • Bütün əməliyyatların mühasibat hesablarında düzgün və vaxtında əks etdirilməsi
  • Əmək haqqı, məzuniyyət və son hesablaşmaların aparılması
  • Mal-materialların və  Əsas vəsaitlərin uçotu ( amortizasiya hesablanması və silinməsi)
  • Debitor və kreditor borcların uçotunun aparılması və nəzarəti, üzləşmə aktlarının tərtibi;
  • Bank əməliyyatlarının gündəlik izlənilməsi və uçota alınması, kredit əməliyyatlarına nəzarət (kredit cədvəlləri, ödəniş qrafikləri və s)
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
  • Dövlət qurumlarına (Vergi, Statistika və s.) hesabatların vaxtında təqdim edilməsi
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
  • Maliyyə vəziyyəti haqqında hesabata-balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişikliklər hesabatlarının hazırlanması (əsas prioritet)
  • Audit və yoxlamalar zamanı sənədlərin operativ təqdim edilməsi
  • Mühasibat uçotu üzrə normativ-hüquqi aktların izlənilməsi

Tələblər:

  • Müvafiq sahədə 3 il iş təcrübəsi
  • Maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə (mütləqdir)
  • Elektron vergi sistemləri ilə işləmə bacarığı
  • 1C və ya digər mühasibat/ERP proqramlarını bilməli
  • MS Excel proqramında sərbəst işləmək bacarığı
  • MS Office (Word, Outlook) bilikləri
  • Komanda ilə işləmək bacarığı
  • Yüksək məsuliyyətlilik və detallara diqqət
  • İngilis dili biliyi üstünlükdür

Biz nə təklif edirik:

  • Əmək haqqı: 1000 AZN
  • İş yeri: Xətai rayonu, Rövşən Əliyev 1A (Nobel otelin yanı)
  • İş vaxtı: 08:30 – 17:30
  • Korporativ nömrə ilə təmin edilir
  • Stabil və peşəkar iş mühiti
  • Hesabat yönümlü işləyənlər üçün inkişaf və yüksəliş imkanı

 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily17
  • Weekly161
  • Monthly1780