Vəzifə öhdəlikləri:
- İlkin uçot sənədlərin (müqavilə, təhvil-təslim aktı, hesab-faktura, qaimə, və s.) qəbul edilməsi, yoxlanılması və təsdiqi
- Bütün əməliyyatların mühasibat hesablarında düzgün və vaxtında əks etdirilməsi
- Əmək haqqı, məzuniyyət və son hesablaşmaların aparılması
- Mal-materialların və Əsas vəsaitlərin uçotu ( amortizasiya hesablanması və silinməsi)
- Debitor və kreditor borcların uçotunun aparılması və nəzarəti, üzləşmə aktlarının tərtibi;
- Bank əməliyyatlarının gündəlik izlənilməsi və uçota alınması, kredit əməliyyatlarına nəzarət (kredit cədvəlləri, ödəniş qrafikləri və s)
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
- Dövlət qurumlarına (Vergi, Statistika və s.) hesabatların vaxtında təqdim edilməsi
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
- Maliyyə vəziyyəti haqqında hesabata-balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişikliklər hesabatlarının hazırlanması (əsas prioritet)
- Audit və yoxlamalar zamanı sənədlərin operativ təqdim edilməsi
- Mühasibat uçotu üzrə normativ-hüquqi aktların izlənilməsi
Tələblər:
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- Maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə (mütləqdir)
- Elektron vergi sistemləri ilə işləmə bacarığı
- 1C və ya digər mühasibat/ERP proqramlarını bilməli
- MS Excel proqramında sərbəst işləmək bacarığı
- MS Office (Word, Outlook) bilikləri
- Komanda ilə işləmək bacarığı
- Yüksək məsuliyyətlilik və detallara diqqət
- İngilis dili biliyi üstünlükdür
Biz nə təklif edirik:
- Əmək haqqı: 1000 AZN
- İş yeri: Xətai rayonu, Rövşən Əliyev 1A (Nobel otelin yanı)
- İş vaxtı: 08:30 – 17:30
- Korporativ nömrə ilə təmin edilir
- Stabil və peşəkar iş mühiti
- Hesabat yönümlü işləyənlər üçün inkişaf və yüksəliş imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.