Sahə Rəisi

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə tikinti prosesini təşkil edə biləcək, işlərin keyfiyyətinə və vaxtında icrasına nəzarət edəcək Sahə rəisi axtarılır.

Əsas vəzifələr:

  • Tikinti və təmir işlərinin gündəlik təşkili və idarə olunması;
  • İşlərin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasına nəzarət;
  • Ustaların və fəhlələrin iş bölgüsünün aparılması;
  • İşçi heyətinin gündəlik fəaliyyətinə və əmək intizamına nəzarət;
  • Tikinti materiallarından düzgün və səmərəli istifadənin təmin edilməsi;
  • Material ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi və rəhbərliyə bildirilməsi;
  • Görülən işlərin keyfiyyətinin yoxlanılması;
  • İşlərin gedişatı və yaranan problemlər barədə rəhbərliyə məlumat verilməsi;
  • Digər sahə rəhbərləri, mühəndislər və təchizat şöbəsi ilə koordinasiyalı işləmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
  • Görülən işlər üzrə gündəlik hesabatların hazırlanması.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Tikinti sahəsində iş təcrübəsi;
  • Tikinti və təmir işlərinin texnologiyasını bilmək;
  • İşçi heyətini idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
  • Layihə və texniki çertyojları oxumaq bacarığı;
  • Məsuliyyətli, intizamlı və operativ olmaq;
  • Problemləri vaxtında müəyyən etmək və həll yolları tapmaq bacarığı;
  • Tikinti şirkətində sahə rəisi və ya müvafiq vəzifədə iş təcrübəsi üstünlükdür;
  • MS Excel və gündəlik hesabatlarla işləmək bacarığı üstünlükdür.

Əməkhaqqı: 1,800 AZN.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily5
  • Weekly574
  • Monthly1422