Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə tikinti prosesini təşkil edə biləcək, işlərin keyfiyyətinə və vaxtında icrasına nəzarət edəcək Sahə rəisi axtarılır.
Əsas vəzifələr:
- Tikinti və təmir işlərinin gündəlik təşkili və idarə olunması;
- İşlərin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasına nəzarət;
- Ustaların və fəhlələrin iş bölgüsünün aparılması;
- İşçi heyətinin gündəlik fəaliyyətinə və əmək intizamına nəzarət;
- Tikinti materiallarından düzgün və səmərəli istifadənin təmin edilməsi;
- Material ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi və rəhbərliyə bildirilməsi;
- Görülən işlərin keyfiyyətinin yoxlanılması;
- İşlərin gedişatı və yaranan problemlər barədə rəhbərliyə məlumat verilməsi;
- Digər sahə rəhbərləri, mühəndislər və təchizat şöbəsi ilə koordinasiyalı işləmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
- Görülən işlər üzrə gündəlik hesabatların hazırlanması.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Tikinti sahəsində iş təcrübəsi;
- Tikinti və təmir işlərinin texnologiyasını bilmək;
- İşçi heyətini idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
- Layihə və texniki çertyojları oxumaq bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ olmaq;
- Problemləri vaxtında müəyyən etmək və həll yolları tapmaq bacarığı;
- Tikinti şirkətində sahə rəisi və ya müvafiq vəzifədə iş təcrübəsi üstünlükdür;
- MS Excel və gündəlik hesabatlarla işləmək bacarığı üstünlükdür.
Əməkhaqqı: 1,800 AZN.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.