Vəzifə və öhdəliklər
- İstifadəçilərin gündəlik texniki müraciətlərinin qəbul edilməsi və operativ həlli (kompüter, proqram təminatı, internet, telefon və s.).
- Kompüter, noutbuk, monitor, printer, skaner və digər ofis avadanlıqlarının quraşdırılması, qoşulması və texniki dəstəyi.
- Printerlərin gündəlik texniki xidməti, kartriclərin dəyişdirilməsi və sadə nasazlıqların aradan qaldırılması.
- İş yerlərində şəbəkə və digər kabellərin qoşulması, dəyişdirilməsi və bağlantı problemlərinin aradan qaldırılması.
- Windows, Microsoft Office və Microsoft 365 üzrə istifadəçilərə ilkin texniki dəstəyin göstərilməsi.
- LAN, Wi-Fi, internet və VPN bağlantılarında yaranan problemlərin ilkin diaqnostikası.
- IP-telefonların qoşulması və sadə texniki nasazlıqlarının aradan qaldırılması.
- Yeni əməkdaşlar üçün iş yerlərinin hazırlanması: kompüter, domen hesabı, korporativ e-poçt, telefon və tələb olunan proqram təminatı.
- İT avadanlıqlarının inventar uçotunun aparılması və yenilənməsi.
- Texniki müraciətlərin ticketing sistemində qeydiyyatı, izlənilməsi və vaxtında həll edilməsi.
- Zərurət yarandıqda şirkətin müxtəlif obyektlərində yerində texniki dəstəyin göstərilməsi
Bilik və bacarıqlar
- Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyi.
- Microsoft Office və Microsoft 365 tətbiqləri üzrə praktiki biliklər.
- Active Directory, domen hesabları və Group Policy haqqında ilkin biliklər.
- Baza şəbəkə bilikləri (TCP/IP, DHCP, DNS, LAN, Wi-Fi, VPN).
- Printer, skaner, IP-telefon və digər periferik avadanlıqların quraşdırılması və sazlanması.
- Kompüter avadanlıqlarının əsas komponentləri və sadə hardware problemlərinin aradan qaldırılması.
- Ticketing sistemləri ilə işləmək bacarığı (Jira, Zendesk və ya analoji sistemlər).
- Texniki problemlərin diaqnostikası və həlli (troubleshooting).
- Ünsiyyət, operativlik və komanda ilə işləmək bacarığı.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas texniki təhsili (arzuolunandır).
- İT texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi.
- Azərbaycan və rus dillərində ünsiyyət bacarığı.
- İngilis dilində texniki sənədləri oxuyub anlamaq bacarığı.
- Məsuliyyətlilik, dəqiqlik və istifadəçi yönümlü yanaşma.
- Sumqayıt, Xırdalan və Masazır ərazisində yaşaması arzuolunandır
Biz təklif edirik:
- Peşəkar və inkişaf yönümlü iş mühiti
- Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait;
- Karyera inkişafı perspektivi
- Əmək haqqı: 700-800 AZN
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "IT üzrə kiçik mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.