Vəzifə öhdəlikləri:
- Sifarişlərin stoka, transit və plana uyğun olaraq hazırlanması, təsdiqdən sonra sistemə yazılması;
- İstehsalda olan avtomobilləri sistemdə gündəlik olaraq yoxlamaq, lazımı məlumatları satıcılara və ya mühasibatlığa bildirmək;
- Yeni kodların daxili sistem üçün yazılması və məlumatın doldurulması;
- Alternativ və daha optimal daşıma yollarını araşdıraraq rəhbərliyə təkliflər vermək;
- Anbar və daxilolmaların/çıxarılmaların idarə olunması;
- Logistika üzrə şöbə müdirinin göstərişlərinin yerinə yetirilməsi;
- Avtomobil, dəmir yolu, hava, dəniz ilə daşımaların həyata keçirilməsi üzrə işlərin təşkili və idarə olunması;
- Danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
- Yeni nəqliyyat şirkətlərinin araşdırılıb tapılması;
- Daşıma hərəkətlərinin reyestrinin yaradılması, planlanan tarix üzrə icra vəziyyətinin izlənilməsi;
- Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışının nəzarətdə saxlanılması;
- Gömrük bəyannaməsinin və nəqliyyat sənədlərini düzgün şəkildə tərtibi. Gömrük Bəyənnamələrinin düzgün və cəld şəkildə doldurulması və elektron imza ilə təsdiqlənməsi;
- Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
- Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası və s. aidiyyatı məsələlər ilə bağlı müraciətlər etmək;
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət.
Tələblər:
- Ali təhsilli;
- Azərbaycan dili, İntermediate level ingilis dili biliyi ( rus dili üstünlükdür )
- Aidiyyatı sahə üzrə minimum 1-2 il təcrübəli
- Logistika prosesləri haqqında ümumi məlumat
- Dəqiq, detallara diqqət edən, təşəbbüskar
- Logistika sahəsində təcrübə
- Coğrafiya sahəsində yüksək bilik
- Beynəlxalq ticarət qaydaları biliyi
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook)
- Danışıqlar aparma qabiliyyəti
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Logistika üzrə mütəxəssis" qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.