Avtomobil salonu üçün Reception əməkdaşı vəzifəsinə namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri
- Salona daxil olan qonaqların və müştərilərin qarşılanması;
- Daxil olan telefon zənglərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
- Müştərilərə ilkin məlumatların təqdim edilməsi;
- Qonaqların və müraciətlərin düzgün qeydiyyatının aparılması;
- Sənədlərlə işin təşkili və müvafiq sənədləşmənin aparılması;
- Daxili portal və sistemlərdə məlumatların düzgün və vaxtında daxil edilməsi;
- Şöbələr arasında gündəlik kommunikasiya və koordinasiyaya dəstək göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi;
- Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət edilməsi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini sərbəst bilməsi mütləqdir, İngilis dili biliyi üstünlük hesab olunur;
- Kompüter bilikləri və MS Office proqramlarından istifadə bacarığı;
- Sənədlərlə işləmək və məlumatları sistemə düzgün daxil etmək bacarığı;
- Səliqəli xarici görünüş və düzgün nitq qabiliyyəti;
- Ünsiyyətcil, məsuliyyətli və nəzakətli olmaq;
- Müştəriyönümlü yanaşma və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş yeri: Bakı, Babək prospekti
- İş qrafiki: gün 1-6, iş saatları 9:18:00
Biz təklif edirik:
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait;
- Karyera inkişafı perspektivi.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Reception əməkdaşı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.