Namizədə tələblər
- Ali təhsil
- Avtomobil satışı sahəsində 2 il təcrübə
- Azərbaycan dilində səlis danışıq; rus və ingilis dillərini bilmək üstünlükdür;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul təklif etmək bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Avtomobil modelləri, texniki göstəricilər və avtomobil bazarı haqqında məlumatlı olmaq üstünlükdür;
- B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə bacarığı arzuolunandır.
Şəxsi keyfiyyətlər
- Müştəriyönümlülük və nəzakətli ünsiyyət;
- Məsuliyyətlilik və intizam;
- Aktiv dinləmə və inandırma bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Stressə davamlılıq və operativ qərarvermə;
- Nəticəyönümlülük və satış hədəflərinə fokuslanmaq;
- Təşəbbüskarlıq və öyrənməyə açıqlıq;
- Dəqiqlik və detallara diqqət.
Vəzifə öhdəlikləri
- Potensial müştəriləri qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyənləşdirmək;
- Şirkətin təqdim etdiyi avtomobil modelləri, komplektasiyalar, texniki xüsusiyyətlər və satış şərtləri barədə müştərilərə ətraflı məlumat vermək;
- Müştərilərə ehtiyaclarına və büdcələrinə uyğun avtomobil seçimində dəstək göstərmək;
- Avtomobillərin üstünlüklərini təqdim etmək və test-sürüşlərinin təşkilində iştirak etmək;
- Satış prosesi çərçivəsində müştərilərlə danışıqlar aparmaq, qiymət və təklifləri təqdim etmək;
- Daxili kredit və lizinq daxil olmaqla mövcud maliyyələşmə imkanları barədə müştəriləri məlumatlandırmaq;
- Satış müraciətlərini və müştəri məlumatlarını müvafiq sistemlərdə düzgün və vaxtında qeydiyyata almaq;
- Müştərilərlə mütəmadi əlaqə saxlamaq, müraciətləri izləmək və satış prosesinin tamamlanmasını təmin etmək;
- Satış planlarının və müəyyən edilmiş fərdi hədəflərin yerinə yetirilməsi istiqamətində çalışmaq;
- Satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Avtomobillərin təhvil verilməsi prosesində aidiyyəti şöbələrlə koordinasiyanı həyata keçirmək;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və şirkətin xidmət standartlarının qorunmasına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
İş şəraiti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Korporativ təlim və inkişaf imkanları;
- Stabil və dinamik iş mühiti.
Vəzifə ilə maraqlanan namizədlər öz tərcümeyi-hallarını (CV) mövzu hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron elektron poçt ünvanına göndərə bilərlər