Group Motors Group Motors
  • 414

Satış üzrə məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə məsləhətçi

  • Deadline 23 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə tələblər

  • Ali təhsil
  • Avtomobil satışı sahəsində 2 il təcrübə 
  • Azərbaycan dilində səlis danışıq; rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul təklif etmək bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Avtomobil modelləri, texniki göstəricilər və avtomobil bazarı haqqında məlumatlı olmaq üstünlükdür;
  • B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə bacarığı arzuolunandır.

Şəxsi keyfiyyətlər

  • Müştəriyönümlülük və nəzakətli ünsiyyət;
  • Məsuliyyətlilik və intizam;
  • Aktiv dinləmə və inandırma bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Stressə davamlılıq və operativ qərarvermə;
  • Nəticəyönümlülük və satış hədəflərinə fokuslanmaq;
  • Təşəbbüskarlıq və öyrənməyə açıqlıq;
  • Dəqiqlik və detallara diqqət.

Vəzifə öhdəlikləri

  • Potensial müştəriləri qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyənləşdirmək;
  • Şirkətin təqdim etdiyi avtomobil modelləri, komplektasiyalar, texniki xüsusiyyətlər və satış şərtləri barədə müştərilərə ətraflı məlumat vermək;
  • Müştərilərə ehtiyaclarına və büdcələrinə uyğun avtomobil seçimində dəstək göstərmək;
  • Avtomobillərin üstünlüklərini təqdim etmək və test-sürüşlərinin təşkilində iştirak etmək;
  • Satış prosesi çərçivəsində müştərilərlə danışıqlar aparmaq, qiymət və təklifləri təqdim etmək;
  • Daxili kredit və lizinq daxil olmaqla mövcud maliyyələşmə imkanları barədə müştəriləri məlumatlandırmaq;
  • Satış müraciətlərini və müştəri məlumatlarını müvafiq sistemlərdə düzgün və vaxtında qeydiyyata almaq;
  • Müştərilərlə mütəmadi əlaqə saxlamaq, müraciətləri izləmək və satış prosesinin tamamlanmasını təmin etmək;
  • Satış planlarının və müəyyən edilmiş fərdi hədəflərin yerinə yetirilməsi istiqamətində çalışmaq;
  • Satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Avtomobillərin təhvil verilməsi prosesində aidiyyəti şöbələrlə koordinasiyanı həyata keçirmək;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və şirkətin xidmət standartlarının qorunmasına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

İş şəraiti

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Korporativ təlim və inkişaf imkanları;
  • Stabil və dinamik iş mühiti.

Vəzifə ilə maraqlanan namizədlər öz tərcümeyi-hallarını (CV) mövzu hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron  elektron poçt ünvanına göndərə bilərlər

  • Daily89
  • Weekly89
  • Monthly1567