"Paul” Restoranı “Baş Aşpaz” vəzifəsinə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
- Mətbəxin ümumi fəaliyyətinə rəhbərlik və nəzarət etmək
- Menyunun hazırlanması, yenilənməsi və mövsümi təkliflərin formalaşdırılması
- Yeməklərin keyfiyyətinə, təqdimatına və dad standartlarına nəzarət
- Məhsul sifarişlərinin planlaşdırılması və stok idarəçiliyi
- Xərclərin optimallaşdırılması və maya dəyəri(food cost) nəzarəti
- Mətbəx heyətinin seçimi, təlimi və iş bölgüsünün təşkili
- Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət
- Müştəri məmnuniyyətinin təmin edilməsi üçün mətbəx proseslərinin təkmilləşdirilməsi
- Qida təhlükəsizliyi standartlarına uyğun fəaliyyətin təmin olunması
- Mətbəxdə intizam və komanda ruhunun qorunması
Namizədə dair tələblər:
- Sahə üzrə minimum 5 il iş təcrübəsi(Baş Aşbaz vəzifəsində azı 1 il);
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dili səlis, ingilis dili biliyi üstünlükdür;
- Avropa mətbəxi üzrə bilik və praktiki bacarıq;
- Menyu tərtibatı və food cost hesablaması təcrübəsi;
- Mətbəx heyətini idarəetmə bacarığı
- Qida təhlükəsizliyi və gigiyena standartlarını bilməsi
- Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 1800 AZN.
Uyğun namizədlər öz cv-lərini “Baş Aşpaz” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.