Baş Aşpaz

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Aşpaz

  • Deadline 4 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Paul” Restoranı “Baş Aşpaz” vəzifəsinə vakansiya elan edir!

Vəzifə öhdəlikləri:

  • Mətbəxin ümumi fəaliyyətinə rəhbərlik və nəzarət etmək
  • Menyunun hazırlanması, yenilənməsi və mövsümi təkliflərin formalaşdırılması
  • Yeməklərin keyfiyyətinə, təqdimatına və dad standartlarına nəzarət
  • Məhsul sifarişlərinin planlaşdırılması və stok idarəçiliyi
  • Xərclərin optimallaşdırılması və maya dəyəri(food cost) nəzarəti
  • Mətbəx heyətinin seçimi, təlimi və iş bölgüsünün təşkili
  • Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət
  • Müştəri məmnuniyyətinin təmin edilməsi üçün mətbəx proseslərinin təkmilləşdirilməsi
  • Qida təhlükəsizliyi standartlarına uyğun fəaliyyətin təmin olunması
  • Mətbəxdə intizam və komanda ruhunun qorunması

Namizədə dair tələblər:

  • Sahə üzrə minimum 5 il iş təcrübəsi(Baş Aşbaz vəzifəsində azı 1 il);
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dili səlis, ingilis dili biliyi üstünlükdür;
  • Avropa mətbəxi üzrə bilik və praktiki bacarıq;
  • Menyu tərtibatı və food cost hesablaması təcrübəsi;
  • Mətbəx heyətini idarəetmə bacarığı
  • Qida təhlükəsizliyi və gigiyena standartlarını bilməsi
  • Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı.

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: 1800 AZN.

Uyğun namizədlər öz cv-lərini Baş Aşpaz” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily112
  • Weekly354
  • Monthly357